Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan



Yüklə 330,39 Kb.
Pdf görüntüsü
tarix25.12.2016
ölçüsü330,39 Kb.
#3270


Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan 

Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya 

məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş 

ə

lavə dəyər vergisinin qaytarılması QAYDASI 



Azərbaycan Respublikası Prezidentinin 

2016-cı il 12 iyul tarixli  

Fərmanı ilə təsdiq edilmişdir 

  

1. Ümumi müddəalar 



1.1. Bu Qayda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 165.3-cü maddəsinə uyğun 

olaraq, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən istehsal, yaxud kommersiya 

məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (bundan 

sonra - 


ƏDV) həmin mallar gömrük qanunvericiliyinə uyğun olaraq Azərbaycan 

Respublikasının ərazisindən hava nəqliyyatı vasitəsilə aparılarkən geri qaytarılması 

qaydasını tənzimləyir. 

1.2. Bu Qayda 1.3-cü bənddə göstərilən mallar istisna olmaqla, yalnız istehsal, yaxud 

kommersiya məqsədləri üçün nəzərdə tutulmayan və alındığı tarixdən 90 gün müddətində 

ölkə ərazisindən aparılan istehlak mallarına şamil edilir. 

1.3. Bu Qayda aşağıdakı mallara şamil edilmir: 

1.3.1. aksizli mallar; 

1.3.2. ərzaq malları; 

1.3.3. dərman preparatları və tibbi ləvazimatlar; 

1.3.4. ölkənin mədəni-tarixi sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm 

ə

həmiyyət kəsb edən mallar



1.3.5. ölkə daxilində satışı 

ƏDV-dən azad edilən mallar; 

1.3.6. ixracı üçün lisenziya tələb olunan mallar; 

1.3.7. çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar; 

1.3.8. külçə şəklində qiymətli metallar; 

1.3.9. müşayiət olunmayan baqajla Azərbaycan Respublikasının ərazisindən aparılan mallar; 

1.3.10. nəqliyyat vasitələri və onların ehtiyat hissələri; 

1.3.11. poçt və ya internet xidməti vasitəsilə ixrac edilən mallar. 

1.4. Bu Qayda bir elektron vergi-hesab fakturası üzrə malların dəyəri (

ƏDV ilə birlikdə) 300 

manatdan çox olduğu hallarda tətbiq edilir. 

1.5. Bu Qayda aşağıdakı şəxslərə münasibətdə tətbiq edilmir: 




1.5.1. Azərbaycan Respublikasının vətəndaşlarına; 

1.5.2. Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə 

verilmiş, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilmiş əcnəbilər və 

vətəndaşlığı olmayan şəxslər; 

1.5.3. bilavasitə xidməti vəzifələrini icra edən hava nəqliyyatının heyət üzvü olan şəxslər; 

1.5.4. 14 yaşınadək şəxslər. 

1.6. 

ƏDV-nin alıcıya qaytarılması nağd ödəniş və ya bank kartına köçürmə yolu ilə həyata 



keçirilir. 

1.7. Operatorun göstərdiyi xidmətlərə görə alıcıya ödəniləcək 

ƏDV məbləğindən 20 faiz 

həcmində xidmət haqqı tutulur. Xidmət haqqı vergi orqanlarının büdcədənkənar gəlirlərinə 

aid edilməklə bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi 

üçün istifadə edilir. 

2. 

Əsas anlayışlar 



2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə 

edir: 


2.0.1. alıcı – istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları 

Azərbaycan Respublikasının ərazisində alan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; 

2.0.2. satıcı – 

ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək üçün qeydiyyata alınan 

ƏDV ödəyicisi; 

2.0.3. operator – 

ƏDV-nin qaytarılması şərti ilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 

təqdim edilən elektron vergi-hesab fakturalarının (bundan sonra - e-VHF) tərtib edilməsinə

həmin e-VHF-lər barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram 

təminatının və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə edən dövlət orqanı; 

2.0.4. stiker – xüsusi hazırlanmış yapışqanlı kağız etiket; 

2.0.5. risk – vergi və gömrük qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi ehtimalı; 

2.0.6. risk qiymətləndirmə sistemi – məlumatların toplanması, məlumat bazasının 

yenilənməsi, risklərin təhlili, müvafiq proseslər və onların nəticələrinin mütəmadi 

monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin 

iqtisadi, sosial və digər maraqlarına dəyəcək ziyanın dərəcəsinin qiymətləndirilməsi; 

2.0.7. vahid məlumat bazası – operator tərəfindən idarə olunan, bu Qaydada nəzərdə 

tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 

ƏDV-nin qaytarılması üçün 

zəruri olan məlumatların inteqrasiya olunduğu vahid sistem; 

2.0.8. müvəkkil bank – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla 

operator tərəfindən müəyyən edilən müvəkkil bank və ya banklar. 

3. Satıcının qeydiyyatı 

3.1. 


ƏDV-nin qaytarılması şərti ilə malların satışı vergi orqanı tərəfindən satıcı qismində 

qeydiyyata alınmış 

ƏDV ödəyicisi olan şəxslər tərəfindən həyata keçirilir. 

3.2. Satıcı aşağıdakı tələblərə cavab verməlidir: 




3.2.1. 

ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməlidir; 

3.2.2. pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmalıdır; 

3.2.3. pərakəndə ticarət fəaliyyəti üçün vergi orqanında qeydiyyatda olan təsərrüfat 

subyektinə (obyektinə), həmin təsərrüfat subyektində (obyektində) vergi qanunvericiliyinə 

uyğun olaraq quraşdırılmış nəzarət kassa aparatına (bundan sonra – NKA) və işlək 

vəziyyətdə olan Pos-terminala malik olmalıdır; 

3.2.4. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərlə bağlı dövlət 

büdcəsinə borcu və digər öhdəliyi (Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə 

tutulmuş qaydada borcun ödənilməsinə möhlət verilməsi və (və ya) vergi öhdəliyinin yerinə 

yetirilməsi müddətinin dəyişdirilməsi halları istisna olmaqla) olmamalıdır. 

3.3. 


ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisi satıcı kimi 

qeydiyyata alınmaq üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq 

edilmiş formada ərizə ilə qeydiyyatda olduğu vergi orqanına müraciət edir. 

3.4. Vergi orqanı müraciət edən vergi ödəyicisinin məlumatlarının bu Qaydanın 3.2.1-3.2.4-

cü yarımbəndlərinin tələblərinə uyğunluğunu yoxlayır. 

Ərizədə aradan qaldırılması mümkün 

olan çatışmazlıqlar aşkar edildikdə, ərizənin daxil olduğu tarixdən 3 iş günündən gec 

olmayaraq vergi orqanı onların aradan qaldırılması üçün vergi ödəyicisinə bildiriş təqdim 

edir (və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir). Bütün çatışmazlıqlar ərizəçiyə eyni 

zamanda bildirilməlidir. 

3.5. Vergi ödəyicisi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrar ərizə ilə 

vergi orqanına müraciət edə bilər. 

3.6. Vergi ödəyicisi vergi orqanı tərəfindən 5 iş günündən gec olmayaraq satıcı qismində 

qeydiyyata alınır və ona bu barədə təsdiqedici sənəd təqdim edilir. 

3.7. Vergi ödəyicisi 

ƏDV-nin qaytarılması şərti ilə satıcı qismində qeydiyyata alındıqdan 

sonra operator və satıcı arasında forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi 

tərəfindən təsdiq edilmiş xidmət müqaviləsi bağlanır. 

3.8. Satıcı satış nöqtələrində 

ƏDV-nin qaytarılması şərti ilə malların satışı zamanı özündə bu 

Qaydanın 5.2-ci bəndində göstərilmiş məlumatları əks etdirən e-VHF-nin çap edilməsinə 

imkan verən proqram təminatı və texniki avadanlıqların operator tərəfindən 

quraşdırılmasına şərait yaratmalıdır. 

3.9. Bu Qaydanın 3.7-ci bəndində nəzərdə tutulan xidmət müqaviləsi bağlandıqdan sonra 10 

iş günü müddətində operator satıcıya məxsus ərizədə göstərilən təsərrüfat subyektini 

(obyektini) zəruri avadanlıq, proqram təminatı və stikerlərlə təchiz edir və bu barədə akt 

tərtib edilir. 

3.10. Satıcının yeni təsərrüfat subyekti (obyekti) qeydiyyatdan keçdikdə, həmin təsərrüfat 

subyekti (obyekti) üzrə satıcı tərəfindən 

ƏDV-nin qaytarılması şərti ilə malların satışının 

həyata keçirilməsi üçün yenidən ərizə ilə müraciət edilir. 

3.11. Vergi ödəyicisinin satıcı qismində qeydiyyatına bu Qaydanın 3.12-ci bəndində müəyyən 

olunmuş hallarda Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən və ya məhkəmə 

qaydasında xitam verilir. 

3.12. Bu Qaydanın məqsədləri üçün satıcının qeydiyyatına aşağıdakı hallarda xitam verilir: 



3.12.1. fəaliyyəti dövründə iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə cinayət məsuliyyətinə 

cəlb olunduqda; 

3.12.2. vergi orqanına təqdim olunmuş vergi hesabatlarında aşkar olunmuş uyğunsuzluqlar 

və ziddiyyətlər qanunla müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda; 

3.12.3. satıcı Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə və 

qaydada vergi hesabatlarını vergi orqanlarına təqdim etməməklə vergilərin dövlət büdcəsinə 

ödənilməsindən yayındıqda; 

3.12.4. satıcının 

ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirilən təsərrüfat subyekti 

(subyektləri) ləğv edildikdə; 

3.12.5. satıcının 

ƏDV qeydiyyatı ləğv edildikdə; 

3.12.6. bu Qaydanın 5.5-ci bəndinin tələblərinə əməl edilmədikdə

3.12.7. satıcı sahibkarlıq fəaliyyətini dayandırdıqda və ya bu fəaliyyətə qanunla müəyyən 

edilmiş qaydada xitam verildikdə; 

3.12.8. vergilər, faizlər və vergi orqanı tərəfindən tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 

borc məbləği 30 təqvim günü müddətində ödənilmədikdə və bununla bağlı məhkəməyə 

şikayət verilmədikdə; 

3.12.9. bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda; 

3.12.10. bu barədə satıcının müraciəti olduqda. 

4. Operator 

4.1. Operatorun səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata 

keçirir. 

4.2. Operator: 

4.2.1. bu Qayda ilə müəyyən edilmiş hallarda malların satışının rəsmiləşdirilməsi və əlavə 

dəyər vergisinin qaytarılması işlərini təşkil edir; 

4.2.2. aşağıdakı tələblərə cavab verən proqram təminatının və vahid məlumat bazasının 

yaradılmasını və idarə edilməsini təmin edir: 

1. 

ƏDV-nin qaytarılması şərti ilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edilmiş 



mallar üzrə e-VHF-nin tərtib edilməsi, ştrix-kodla birlikdə çap edilməsi və həmin e-VHF-lər 

barədə məlumatların aidiyyəti üzrə ötürülməsi; 

2. alıcı tərəfindən gömrük sərhəd buraxılış məntəqəsində təqdim edilən e-VHF-nin ştrix-

kodu əsasında e-VHF-nin məlumatlarının eyniləşdirilməsi

4.2.3. proqram təminatının daim işlək vəziyyətdə saxlanılmasını və fasiləsiz fəaliyyətini 

təmin edir; 

4.2.4. stikerin formasını və tətbiqi qaydasını müəyyən edir. 

5. Malların satışının rəsmiləşdirilməsi 

5.1. Alıcı alınmış malların dəyərini ödəmək məqsədilə ödəniş nöqtəsinə yaxınlaşdıqda satıcı 

ondan 


ƏDV-nin qaytarılması hüququndan istifadə etmək barədə istəyinin olub-olmadığını 


dəqiqləşdirir. Alıcı 

ƏDV-nin qaytarılması hüququndan istifadə etmək istədikdə, satıcı ona bu 

Qaydanın tələbləri barədə ümumi məlumat verir. 

5.2. Alıcı tərəfindən pasport və ya digər sərhədkeçmə sənədi (bundan sonra - pasport) 

təqdim edildikdən sonra satıcı aşağıdakı məlumatları özündə əks etdirən e-VHF-ni 

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında elektron 

vergi-hesab faktura sistemi vasitəsilə tərtib edir və həmin məlumatları real vaxt rejimində 

vahid məlumat bazasına ötürür: 

5.2.1. e-VHF-nin seriyası, nömrəsi və tarixi; 

5.2.2. satıcının adı, soyadı, təsərrüfat subyektinin ünvanı və VÖEN-i; 

5.2.3. alıcının adı və soyadı; 

5.2.4. alıcının pasportunun seriyası və nömrəsi; 

5.2.5. alıcının vətəndaşı olduğu ölkənin adı (vətəndaşlığı olmayan şəxsin gəldiyi ölkənin adı); 

5.2.6. satılmış malın adı, miqdarı, vahidinin qiyməti və həmin qiymətin tərkibindəki 

ödənilmiş 

ƏDV-nin məbləği; 

5.2.7. həmin e-VHF üzrə alınmış mala görə ödənilmiş 

ƏDV-nin qaytarılacağı son tarix 

(ingilis və rus dillərində); 

5.2.8. alıcının bank kartının (və ya hesabının) rekvizitləri – alıcının istəyi əsasında; 

5.2.9. operatorun və müvəkkil bankın əlaqə məlumatları və rekvizitləri. 

5.3. E-VHF ştrix-kod əks olunmaqla iki nüsxədə çap edilir və hər iki nüsxə alıcıya təqdim 

edilir. E-VHF satıcının imzası və mərkəzində bu əməliyyatların 

ƏDV-nin qaytarılması şərti 

ilə həyata keçirildiyinə dair təsdiqedici qeyd (“Tax Free”) olan möhürlə təsdiqlənməklə 

təqdim edilir. E-VHF-nin forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 

təsdiq edilir. 

5.4. Satış nöqtəsində texniki nasazlıq yaranması səbəbindən e-VHF-nin tərtibi və çapı 

mümkün olmadıqda, satıcı tərəfindən mətbəədə çap edilmiş ciddi hesabat blankı olan e-VHF 

3 nüsxədə tərtib edilir və bu Qaydanın 5.3-cü bəndinə uyğun olaraq təsdiqlənir. Onun bir 

nüsxəsi satıcıda qalır, digər iki nüsxəsi isə alıcıya verilir. 

5.5. Satıcı tərəfindən texniki nasazlıq bərpa olunduqdan dərhal sonra aparılmış əməliyyatlar 

üzrə, bu Qaydanın 5.2-ci bəndinə uyğun olaraq, e-VHF tərtib edilir və həmin məlumatlar 

real vaxt rejimində vahid məlumat bazasına ötürülür. 

6. 

ƏDV-nin qaytarılması 



6.1. Alıcı aldığı malları Azərbaycan Respublikası ərazisindən apardıqda, həmin mallar üzrə 

ödənilmiş 

ƏDV-nin qaytarılması məqsədilə gömrük sərhəd buraxılış məntəqəsində aşağıdakı 

ardıcıllıqla tədbirlər həyata keçirilir: 

6.1.1. alıcı mallara dair e-VHF-ni pasportla birlikdə gömrük sərhəd buraxılış məntəqəsində 

gömrük orqanı əməkdaşına təqdim edir; 

6.1.2. e-VHF-nin məlumatları gömrük orqanı tərəfindən vahid məlumat bazasında 

eyniləşdirildikdən sonra avtomatik risk qiymətləndirməsi aparılır; 




6.1.3. risk qiymətləndirməsinin nəticələri əsasında alıcının və ona məxsus malların gömrük 

nəzarətindən keçməli olub-olmadığı proqram təminatı vasitəsilə açıqlanır. Alıcının və ona 

məxsus malların gömrük nəzarətindən keçməsi tələb edildiyi halda alıcı həmin malları 

gömrük baxışının keçirilməsi məqsədilə gömrük orqanı əməkdaşlarına təqdim edir. Gömrük 

orqanı əməkdaşları təqdim edilmiş mallarla vahid məlumat bazasına daxil edilmiş 

məlumatların uyğunluğunu yoxlayır, yoxlamanın nəticələrinə uyğun olaraq, alıcıya 

qaytarılacaq 

ƏDV məbləği barədə alıcının təqdim etdiyi e-VHF-də təsdiq qeydi aparır, 

möhürlə təsdiq etməklə alıcıya təqdim edir və vahid məlumat bazasında e-VHF-ni təsdiq 

etməklə bu barədə məlumatı real vaxt rejimində müvəkkil banka ötürür; 

6.1.4. risk qiymətləndirməsinin nəticələri əsasında alıcıdan malları gömrük baxışı üçün 

təqdim etmək tələb olunmadıqda, qaytarılacaq 

ƏDV-nin yekun məbləğini əks etdirən e-VHF 

gömrük orqanı tərəfindən möhürlə təsdiq olunur və bu barədə məlumatlar real vaxt 

rejimində müvəkkil banka ötürülür. 

6.2. Bu Qaydanın 5.4-cü bəndində nəzərdə tutulan halda gömrük orqanı e-VHF-nin satıcı 

tərəfindən sistemə daxil edilib-edilmədiyini yoxlayır. Məlumatlar sistemə daxil edildiyi halda 

bu Qaydanın 6.1.2 – 6.1.4-cü yarımbəndlərində göstərilən tədbirlər həyata keçirilir. 

Məlumatlar sistemə daxil edilmədiyi halda gömrük orqanı həmin e-VHF-nin seriya və 

nömrəsi əsasında bu Qaydanın 5.5-ci bəndində göstərilən tədbirləri həyata keçirir. Bu zaman 

gömrük orqanı tərəfindən e-VHF-də göstərilən malların faktiki mövcudluğu yoxlanılır, ona 

uyğun olaraq e-VHF hər iki nüsxədə 

ƏDV-nin yekun məbləği əks etdirilməklə təsdiq olunur 

və bu barədə məlumat real vaxt rejimində müvəkkil banka ötürülür. 

6.3. E-VHF-nin bir nüsxəsi gömrük orqanında saxlanılır, digər nüsxəsi isə alıcıya qaytarılır. 

6.4. Alıcı dövlət sərhədinin buraxılış məntəqəsindən keçdikdən sonra müvəkkil bank gömrük 

orqanı tərəfindən möhürlə təsdiq olunmuş e-VHF-yə əsasən qaytarılmalı olan 

ƏDV 


məbləğini alıcının istəyinə uyğun olaraq milli valyutada nağd ödəniş və ya 10 iş günündən 

gec olmayaraq xarici və ya milli valyutada bank kartına (və ya hesabına) köçürmə 

qaydasında qaytarır. 

6.5. Alıcının istəyinə uyğun olaraq 

ƏDV-nin qaytarılması bank kartına (və ya hesabına) 

köçürmə qaydasında həyata keçirildiyi təqdirdə, alıcı gömrük orqanı tərəfindən 

təsdiqlənmiş, bu Qaydanın 5.2.8-ci yarımbəndində nəzərdə tutulan məlumatları əks etdirən 

e-VHF-nin bir nüsxəsini gömrük sərhəd buraxılış məntəqəsində bu məqsəd üçün yaradılmış 

xüsusi qutuya atır. 

6.6. Bu Qaydanın 6.5-ci bəndində nəzərdə tutulan e-VHF-lər müvəkkil bank tərəfindən vahid 

məlumat bazasında təsdiq edilir və qaytarılmalı vəsait alıcının göstərdiyi bank kartına (və ya 

hesabına) köçürülür. 

6.7. 

ƏDV məbləği alıcının bank kartına (və ya hesabına) köçürülən zaman xarici valyuta 



ekvivalenti müəyyən edilərkən, müvəkkil bankın 

ƏDV-nin qaytarıldığı tarixə müəyyən etdiyi 

məzənnə əsas götürülür. 

6.8. Qaytarılacaq 

ƏDV məbləği müvəkkil bank tərəfindən bu Qaydanın 1.7-ci bəndində 

göstərilən və bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya 

ödənilir. 

6.9. Müvəkkil bank hər ay bu Qaydaya əsasən qaytarılmış 

ƏDV məbləği barədə növbəti ayın 

2-dən gec olmayaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyinə məlumat verir. 

6.10. Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu Qaydanın 6.9-cu bəndində nəzərdə 

tutulan məbləğə dair rəyini növbəti ayın 5-dən gec olmayaraq Azərbaycan Respublikasının 

Maliyyə Nazirliyinə təqdim edir. 



6.11. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qaydanın 6.10-cu bəndində nəzərdə 

tutulmuş rəy daxil olduqdan sonra üç iş günü müddətində həmin məbləğin müvəkkil banka 

köçürülməsini Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 

daxil olan 

ƏDV üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına təmin 

edir. 


 

Yüklə 330,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin