naxçıvan Muxtar respublikası ali Məclisinin
Sədri türkiyə Silahlı Qüvvələrinin nümayəndə
heyəti ilə görüşüb
Aprelin 23-də Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası Si-
lahlı Qüvvələrinin Tibb Xidməti rəisi, Gülhanə Hərbi
Tibb Akademiyasının rəisi general-polkovnik Ömər
Paç və onu müşayiət edən nümayəndə heyəti ilə gö-
rüşüb.
Ötən dövrdə hərbi sahədə uğurlu əməkdaşlığın
qurulduğunu diqqətə çatdıran Ali Məclisin Sədri
qarşılıqlı səfərlərin bu baxımdan əhəmiyyətini qeyd
edib. Naxçıvanda ordu quruculuğu sahəsində həyata
keçirilən tədbirlərdən danışan Ali Məclisin Sədri
Türkiyə Silahlı Qüvvələrinin bu sahədəki xidmətlərini
diqqətə çatdırıb, xüsusilə hərbi tibbi xidmətin təşkili
sahəsində bundan sonra da əməkdaşlığın davam
etdirilməsinin vacibliyini vurğulayıb.
Səmimi qəbula görə minnətdarlıq edən Türkiyə
Respublikası Silahlı Qüvvələrinin Tibb Xidməti
rəisi, Gülhanə Hərbi Tibb Akademiyasının rəisi ge-
neral-polkovnik Ömər Paç Naxçıvanda olmaqdan
məmnunluğunu bildirib. Ömər Paç Naxçıvan Muxtar
Respublikasında ordu quruculuğu sahəsində görülən
işləri yüksək dəyərləndirib, Naxçıvan səfərinin
əməkdaşlıq üçün yeni imkanlar açacağına əminliyini
ifadə edib. Söhbət zamanı Azərbaycanın Naxçıvan
Muxtar Respublikası ilə Türkiyə arasında hərbi tib-
bi əməkdaşlıq sahəsində bundan sonra da qarşılıqlı
səylərin göstəriləcəyi qeyd olunub.
Dostları ilə paylaş: |