EcoVision


ramil usubov türkiyə Jandarm Qüvvələrinin



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə25/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   21   22   23   24   25   26   27   28   ...   95
ramil usubov türkiyə Jandarm Qüvvələrinin 

Qərargah rəisini qəbul edib

Aprelin  28-də  daxili  işlər  naziri  general-polkov-

nik  Ramil  Usubov  ölkəmizdə  səfərdə  olan  Türkiyə 

Respublikası  Jandarm  Qüvvələrinin  Qərargah  rəisi 

general-polkovnik  İbrahim  Yaşarın  başçılıq  etdiyi 

nümayəndə heyətini qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-

ya verilən məlumata görə, nazir hər iki ölkənin Daxili 

İşlər nazirliklərinin cinayətkarlıqla mübarizə, peşə ha-



19


20

EcoVision

XƏBƏRLƏR


zırlığı, informasiya və təcrübə mübadiləsi sahələrində 

əldə etdikləri diqqətəlayiq nəticələr, kriminogen du-

rum  barədə  danışıb.  Ramil  Usubov  ordu  quruculu-

ğunda, o cümlədən Daxili Qoşunların formalaşmasın-

da, ən müasir tələblərə cavab verən silahlı birləşməyə 

çevrilməsində,  şəxsi  heyətin  peşəkarlığının  daha  da 

yüksəldilməsində  Türkiyə  Jandarm  Komandanlığı-

nın böyük zəhməti olduğunu xüsusi vurğulayıb, bu-

nun əyani təzahürü kimi qardaş ölkənin hərbi tədris 

müəssisələrində yüzlərlə hərbi qulluqçunun təhsil al-

dığını vurğulayıb və bu səfərin də birgə əməkdaşlığın 

daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini 

bildirib.

Nazir  transmilli  mütəşəkkil  cinayətkarlığın 

beynəlxalq  terrorçuluq,  narkotiklərin  qanunsuz 

dövriyyəsi,  insan  alveri  və  qeyri-qanuni  miqrasiya 

kimi ağır növləri ilə mübarizənin ölkəmizdə də diqqət 

mərkəzində  dayandığını,  onlara  qarşı  yalnız  birgə 

səylərlə səmərəli mübarizə aparılmasının mümkünlü-

yünü vurğulayıb.

İbrahim  Yaşar  Türkiyə  Jandarm  Qüvvələrinin  Baş 

komandanı ordu generalı Abdulla Atayın salamlarını 

Daxili işlər nazirinə çatdırıb.


Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin