EcoVision


nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə27/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   23   24   25   26   27   28   29   30   ...   95
nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün 

sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda 

duran vəzifələrə həsr olunan iclası keçirilib

Aprelin  10-da  Azərbaycan  Prezidenti  İlham 

Əliyevin  sədrliyi  ilə  Nazirlər  Kabinetinin  2015-ci  ilin 

birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına 

və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Prezident İlham Əliyev 2015-ci ilin birinci rübünün 

yekunlarının  müsbət  olduğunu,  bu  dövrdə  ümumi 

daxili məhsulun 5 faizdən çox artdığını deyib. Dövlət 

başçısı Azərbaycanda dinamik inkişafın təmin edildi-

yini, son 3 ayda qeyri-neft sektorunun 7 faiz, sənaye 

istehsalının 4 faiz, kənd təsərrüfatının isə 3 faizdən çox 

artdığını  bildirib.  Bütün  bunların  son  illərdə  ölkədə 

aparılan  düşünülmüş  iqtisadi  siyasət  nəticəsində 

mümkün olduğunu deyən Prezident bildirib ki, dün-

yada neftin qiymətinin kəskin düşməsi Azərbaycanın 

ümumi dinamik inkişafına təsir etməyib.

 Dövlət başçısı ölkədə inflyasiyanın aşağı səviyyədə 

qaldığını,  istehlak  bazarına  tam  nəzarət  edildiyini, 

əhalinin pul gəlirlərinin 5,3 faiz olduğunu da diqqətə 

çatdırıb.

 Birinci rübdə də regionlarda müsbət meillərin da-

vam etdiyini, 30 minə yaxın yeni iş yerinin yaradıldı-

ğını deyən Prezident İlham Əliyev bildirib ki, ölkədə 

sosial məsələlərin həlli yenə də diqqət mərkəzindədir. 

Hazırda 20-dən çox tibb müəssisəsinin tikildiyini və ya 

təmir  olunduğunu,  əhalinin  müayinədən  keçirilməsi 

prosesinin  davam  etdirildiyini  deyən  dövlət  başçısı 

bu  il  dövlət  investisiya  proqramının  geniş  olduğu-

nu,  zəruri  layihələrin  icrasının  nəzərdə  tutulduğu-

nu  vurğulayıb,  ölkədə  həyata  keçirilən  islahatların 




21

aparıcı  beynəlxalq  maliyyə  qurumları  tərəfindən  yüksək 

qiymətləndirildiyini bildirib.

 Ölkənin beynəlxalq nüfuzunun artdığını, Azərbaycanın 

dünya birliyinin dəyərli və etibarlı üzvünə çevrildiyini deyən 

Prezident İlham Əliyev yürüdülən xarici siyasətin çox çevik və 

fəal olduğunu diqqətə çatdırdı. Məhz bunun sayəsində son 

illərdə bölgədə yaşanan böhranlardan ölkənin itkisiz çıxdı-

ğını deyən dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan 

dünya miqyasında böyük hörmətə malik ölkə kimi tanınır.

  Dövlət  başçısı  çıxışında  birinci  rübdə  baş  verən  iki 

önəmli  hadisəyə  -  Bakıda  “Cənub”  Qaz  Dəhlizi  Məşvərət 

Şurasının  iclasının  keçirilməsinə  və  mart  ayında  Qarsda  

TANAP layihəsinin təməlinin qoyulmasına da toxunub.

 Yekun nitqində Prezident İlham Əliyev qeyri-neft sek-

torunun  və  sahibkarlığın  inkişafı  ilə  bağlı  tədbirlərin  da-

vam etdirilməsinin zəruriliyini vurğulayıb. Hər bir rayonda 

sənaye zonalarının yaradılmasının vacibliyini diqqətə çat-

dıran dövlətimizin başçısı kənd təsərrüfatı sektorunun da 

inkişafının xüsusi əhəmiyyət kəsb etdiyini, ölkəmizin xari-

ci  ərzaq  bazarlarından  o  qədər  də  asılı  olmadığını  bildi-

rib, amma bununla belə, ərzaq təhlükəsizliyinin tam təmin 

olunması, torpaqların elektron uçotunun tərtib edilməsi ilə 

bağlı tapşırıqlarını verib.

  Dövlət  başçısı  çıxışında  manatın  məzənnəsi  ilə  bağlı 

məsələyə də toxunub, bu sahədə görülən tədbirlərin iqti-

sadi baxımdan səmərəli olduğunu deyib.

  Nitqinin  sonunda  Prezident  İlham  Əliyev  ilk  Avropa 

Oyunlarına  hazırlığın  yüksək  səviyyədə  getdiyini,  artıq  bir 

sıra idman obyektlərinin istifadəyə hazır olduğunu, Atletlər 

kəndi  ilə  yanaşı,  Media  kəndinin  də  yaradıldığını  bildirib. 

Paralel olaraq paytaxtda abadlıq-quruculuq işlərinin davam 

etdirildiyini, yeni bulvar xəttinin salındığını diqqətə çatdırıb.

 Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, ilin 

sonunadək nəzərdə tutulan bütün məsələlər öz həllini ta-

pacaq.



Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin