azərbaycanda mobil imza
üsullarının tətbiqinə başlanılıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat
Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi
daha bir yeniliyə imza atıb. Milli Sertifikat Xidmətləri
Mərkəzi elektron imza kartlarından istifadə edərək mobil
imza həllərinin tətbiqinə başlayıb.
Mərkəzdən Trend-ə bildiriblər ki, artıq hər bir vətəndaş
elektron imza kartından istifadə edərək mobil smartfonlar
üzərindən elektron sənəd imzalaya və Elektron hökumət
(e-imza.az) portalına elektron imza ilə autentifikasiyadan
keçərək daxil ola biləcək.
Hazırlanmış proqram təminatı vasitəsilə elektron
sənədə vaxt göstəricilərini əlavə etmək imkanı, həmçinin
imza sertifikatları ilə hər bir sənədə imza edilən zaman
yoxlama imkanı mövcuddur. Proqram təminatı 3 dildə
fəaliyyət göstərir.
İstifadəçiyə imzaladığı sənədlərin siyahısını proq-
ram təminatı vasitəsilə idarə etmək imkanı yaradılıb. Eyni
zamanda, mobil cihazların texniki imkanlarından (Blu-
etooth, wifi email və s.) istifadə edərək istifadəçilər im-
zalanmış elektron sənədləri istədikləri yerə göndərmək im-
kanına malik olacaqlar. Təqdim edilən mobil imza proqram
təminatı Android əməliyyat sistemli mobil cihazlar üçün
nəzərdə tutulub. Hazırda İOS əməliyyat sistemində istifadə
üçün işlər aparılır.
Dostları ilə paylaş: |