atİB Çanaqqala zəfərinin 100-cü ildönümü
münasibəti ilə təntənəli mərasimdə iştirak edib
Aprelin 28-də Bakı Slavyan Universitetində Çanaqqala
zəfərinin 100–cü ildönümü münasibətilə təntənəli mərasim
keçirilib. Tədbirdə Azərbaycan Türkiyə İş Adamları Birliyi Ka-
tibliyinin əməkdaşları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin
Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Mərasimi giriş sözü ilə açan BSU-nun rektoru professor
Asif Hacıyev həm Azərbaycan, həm də türk xalqının dostluq
və qardaşlığının çox dərin tarixi kökləri olduğunu vurğulayıb.
Rektor Çanaqqala zəfərini təkcə türk dünyasının deyil, bütün
dünya xalqlarının tarixində yeni mərhələnin başlanğıcı kimi
qiymətləndirib, Çanaqqala savaşında şəhid düşən yüzlərlə
azərbaycanlının müasir gəncliyimizə örnək olduğunu bildirib.
Mərasimdə Milli Ordunun ehtiyatda olan polkovniki Ba-
xış Ələkbərov, Türkiyə səfirinin təhsil məsələləri üzrə müşaviri
Abdulqafur Büyükfırat, Türkiyə səfirliyinin nümayəndəsi Mus-
tafa Yalçın iştirak ediblər. Türk ordusunun döyüş tarixini əks
etdirən videoçarx təqdim edilib. Tədbir BSU-da təhsil alan
azərbaycanlı və türkiyəli tələbərin vətənpərvərliyi tərənnüm
edən şeir, musiqi nömrələri və Çanaqqala zəfərinə həsr edil-
miş səhnəciklərin nümayişi ilə davam etdirilib.
Dostları ilə paylaş: |