EcoVision


atİB İdarə Heyəti türkiyənin 11-ci prezidenti cənab



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə62/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   58   59   60   61   62   63   64   65   ...   95
atİB İdarə Heyəti türkiyənin 11-ci prezidenti cənab 

abdullah Gülün şərəfinə ziyafətdə iştirak edib

30  aprel  2015-ci  ildə  Türkiyənin  Azərbaycandakı 

səfirliyində Türkiyənin sabiq prezidenti Abdullah Gülün 

şərəfinə ziyafət təşkil olunub.

ziyafətdə  Azərbaycan  Türkiyə  İş  Adamları  Birliyi 

İdarə Heyətinin sədri Cemal Yangın, sədr müavini Cem 

Becel, İdarə Heyətinin üzvləri Rafiq Qarayev, İsmail Şa-

hin, Oktay Vayiç, Ali Gümüş, Fariz Əmirov, ATİB üzvləri 

Azər  Hətəmov,  Altan  Şentürk,  Oğuz  Pardun,  Fatih  Gü-

ven  iştirak  edib.  ziyafətdə  Azərbaycan  Prezidentinin 

köməkçisi Əli Həsənov, Baş Nazirin müavini Abid Şərifov, 

Ali Məhkəmənin sədri Ramiz Rzayev, Dini Qurumlarla İş 

üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, parla-

mentin vitse-spikerləri ziyafət Əsgərov və Bahar Mura-

dova, Şeyxülislam Hacı Allahşükür Paşazadə, deputatlar, 

KİV rəhbərləri, ziyalılar iştirak ediblər.

Tədbirdə  çıxış  edən  Abdullah  Gül  Azərbaycanın 

bölgələrində  olduğunu,  son  günlər  isə  Bakının  bir  çox 

yerlıri  ilə  tanış  olduğunu  deyib.  O,  Bakının,  ümumilikdə 

Azərbaycanın  inkişafının  göz  önündə  olduğunu,  bu 

dəyişikliyə şahidliyini, Azərbaycan Prezidenti İlham Əliyevin 

bu inkişafda misilsiz rolunun olduğunu qeyd edib.

Baş  nazirin  müavini  Abid  Şərifov  qonağı  salamla-

yıb, onunla tanışlıq tarixindən danışıb, Abdullah Gülün 

hər zaman türk xalqlarının və dövlətlərinin inteqrasiyası 

üçün çalışdığını vurğulayıb. 

25 aprel 2015-ci ildə Azərbaycan Türkiyə İş Adamları Birliyi üzvləri artıq ənənə formasına düşmüş səhər yeməyində 

toplaşdılar. Müasir iş dünyasında formalaşmış yenilikləri Azərbaycana gətirən ATİB bu ənənə ilə üzvləri arasında işgüzar 

münasibətlərin qurulmasını və üzv şirkətlərin bir-birini daha yaxından tanımasında vasitəçilik etməyi nəzərdə tutur. 

Səhər yeməyində həmçinin Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşları da iştirak etdi. ATİB 

İdarə Heyəti sədrinin müavini, "Azərbaycan Koka Kola Bottlers Ltd." MMC-nin baş direktoru Cem Becel "Sürətli İs-

tehlak Məhsulları Bazarı, Satış Marketinq Texnikaları və Dağıtım Modelleri” mövzusuna aydınlıq gətirmək məqsədilə 

səhər yeməyinə qatıldı. Səhər yeməyində qonaqları ATİB İdarə Heyətinin sədri Cemal Yangın salamladı. Səhər yeməyi 

üçün üzvlərin toplanmasını yeni bir ünsiyyət forması kimi dəyərləndirən ATİB sədri qeyd etdi ki, bu təşəbbüs əlverişli 

əməkdaşlıq imkanları yaradır, habelə münasibətlərin inkişafına töhfə verir. Səhər yeməyinin sonunda yeni üzvlərə 

plaket təqdim edildi.




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin