Qarsda Heydər əliyev adına anadolu
texniki-peşə liseyi istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tay-
yib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqve-
laşvili açılış mərasimində iştirak ediblər.
Türkiyənin Milli təhsil naziri Nəbi Avcı çıxışında
bu məktəbin istifadəyə verilməsini dövlətlərimiz ara-
sında qardaşlıq və dostluq münasibətlərinin gözəl
nümunəsi adlandıraraq deyib: “Bu məktəb ölkələrimiz
və xalqlarımız arasındakı sarsılmaz əlaqələrin güc-
lü nişanəsidir”. Nəbi Avcı məktəbin qurulmasın-
dakı xidmətlərinə görə azərbaycanlı qardaşlarına
minnətdarlığını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında qar-
daş Türkiyədə yenidən olmağından, qədim türk tor-
pağı Qarsa gəlməkdən qürur duyduğunu deyib. Ulu
öndər Heydər Əliyevin adının bu məktəbə verilməsinə,
həmçinin Qarsda ümummilli liderin xatirəsinin əziz
tutulmasına görə minnətdarlığını bildirib. Heydər
Əliyevin Türkiyə–Azərbaycan əlaqələrinin inkişafında
müstəsna rol oynadığını deyən Prezident İlham Əliyev
ulu öndərin “Bir millət, iki dövlət” kəlamının bu gün
dövlət başçılarının timsalında daha da gücləndiyini
diqqətə çatdırıb. Bu gün Türkiyənin dünyada güc
mərkəzinə çevrildiyini deyən dövlətimizin başçı-
sı ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin
sürətlə inkişaf etdiyini vurğulayıb, təhsil sektorunda
da əməkdaşlığın gücləndiyini deyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan liseyin
açılışı münasibətilə təbriklərini çatdırıb, yüksək stan-
dartlara uyğun inşa edilən bu məktəbin tikintisində
əməyi olan hər kəsə, xüsusilə də Prezident İlham
Əliyevə təşəkkürünü bildirib. “Heydər Əliyevin adını
ölkəmizin hər yerində yaşatmağa çalışacağıq”,– deyən
Türkiyə dövlətinin başçısı bütün bunların xalqları-
mız və ölkələrimiz arasındakı dostluq və qardaşlığın
nümunəsi olduğunu vurğulayıb.
Minillik mədəniyyətlərin qovuşduğu məkan kimi
Qarsın türk tarixində böyük əhəmiyyətinin olduğu-
nu deyən Rəcəb Tayyib Ərdoğan vətən, fədakarlıq,
qalibiyyət kimi ümummilli məfhumların Qarsın tim-
15
salında daha dolğun əks olunduğunu diqqətə çatdı-
rıb. Çıxışlardan sonra Azərbaycan Prezidenti İlham
Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili liseyin
rəmzi açılışını bildirən lenti kəsiblər. Azərbaycan,
Türkiyə və Gürcüstan prezidentləri liseyin həyətində
ağac əkiblər.
Dostları ilə paylaş: |