türkiyə Prezidenti azərbaycanın
Baş prokurorunu qəbul edib
Azərbaycan Respublikasının Baş prokuroru za-
kir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyətinin
Ankaraya səfəri Türkiyə Cümhuriyyətinin banisi Mus-
tafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni –
Anıtqəbri ziyarətlə başlayıb. Atatürkün məzarı önünə
əklil qoyulub, xatirəsi yad olunub.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Baş prokuror zakir Qaralovu qəbul edib. Görüşdə
Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə ol-
duğu kimi, hüquq-mühafizə orqanları arasında da
əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib. Səfər
çərçivəsində Türkiyə Ali Məhkəməsinin Baş prokuroru
Hasan Erbillə də görüş olub.
Görüşdə Türkiyə Baş Prokurorluğunun strukturu
və fəaliyyətini əks etdirən videomaterial nümayiş olu-
nub. Tərəflər qardaş ölkələrimizin prokurorluq orqan-
ları arasındakı əməkdaşlığa dair ətraflı fikir mübadiləsi
aparıblar.
Sonra Azərbaycan Respublikasının Baş Prokuror-
luğu ilə Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğu
arasında anlaşma memorandumu imzalanıb. Tərəflər
anlaşma memorandumunun imzalanmasını mühüm
hadisə kimi qiymətləndirərək, onun qardaş ölkələrin
prokurorluq orqanları arasında təcrübə mübadiləsi,
tədris və digər sahələrdəki əməkdaşlığın daha da
genişlənməsinə xidmət edəcəyini bildiriblər.
Azərbaycan nümayəndə heyəti Türkiyə Ali
Məhkəməsinin sədri İsmail Rüştü Cirit ilə də görü-
şüb. zakir Qaralov Türkiyə Ali Məhkəməsinin sədri
vəzifəsinə yeni seçilən Rüştü Ciritə Azərbaycan
Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzaye-
vin məktubunu çatdırıb. İsmail Rüştü Cirit tezliklə
Azərbaycana səfər edəcəyini bildirib.
zakir Qaralov qeyd edib ki, iki qardaş ölkə ara-
sındakı hərtərəfli əməkdaşlıq əlaqələri dövlət başçıla-
rı İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi
altında sürətlə inkişaf edir.
Dostları ilə paylaş: |