türkiyə və azərbaycan arasındakı sosial sahəyə
aid Birgə daimi Komissiyanın 8-ci iclası keçirilib
Ankara şəhərində Türkiyənin Əmək və Sosial
Müdafiə Nazirliyi ilə Azərbaycanın Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) arasında əmək və
sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Dai-
mi Komissiyanın 8-ci iclası keçirilib.
İclas çərçivəsində S.Müslümov və Türkiyənin
Əmək və əhalinin sosial müdafiəsi naziri Faruk Çelik
arasında görüş olub. Görüşdə Azərbaycanın Türkiyə
və Makedoniyadakı fövqəladə və səlahiyyətli səfiri
Faiq Bağırov, Türkiyənin Əmək və sosial müdafiə nazi-
rinin müşaviri Ahmet Erdem də iştirak ediblər. F.Çelik
Türkiyə və Azərbaycan arasında həm ikitərəfli, həm
də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın
yüksək səviyyədə olduğunu vurğulayıb. Nazir əmək
və sosial müdafiə sahəsində də əməkdaşlığın uğurla
həyata keçirildiyini, əvvəllər imzalanmış sənədlərdə
nəzərdə tutulan istiqamətlər üzrə konkret işlərin apa-
rıldığını, müsbət əməkdaşlıq təcrübəsinin əldə olun-
duğunu bildirib. O, qarşıdakı dövrdə əməkdaşlığın
daha da inkişaf etdirilməsinin vacibliyini, bu məqsədlə
lazımi səyləri göstərəcəklərini qeyd edib.
Hər iki qurumun nümayəndə heyətlərinin iştirakı
ilə keçən iclasda Birgə Daimi Komissiyanın ötən 7-ci
iclasının Protokolunda müəyyən edilmiş vəzifələrin ic-
rası istiqamətində görülən işlərin nəticələri nəzərdən
keçirilib. İclasda aparılan müzakirələrin yekunu ola-
raq F.Çelik və S.Müslümov əmək münasibətləri,
məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlıq
istiqamətlərini əhatə edən Protokolu imzalayıblar.
Dostları ilə paylaş: |