Bakıda nəqliyyat əlaqələrinin inkişafı ilə bağlı
perspektiv layihələr müzakirə olunub
Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr
şöbəsindən verilən məlumata görə, görüş zamanı
A.Əsgərov nəqliyyat-yol kompleksində görülən işlər
barədə məlumat verib, iki ölkə arasında nəqliyyat
sahəsində əməkdaşlıq imkanları və regionda nəqliyyat
əlaqələrinin inkişafı üçün perspektiv layihələr barədə
danışıb.
Tərəflər Gürcüstan və Azərbaycandan keçməklə
Türkiyədən Mərkəzi Asiyaya avtomobil yükdaşımala-
rının artırılması ilə bağlı müzakirələr aparıblar.
Müzakirələrdə gömrük və sərhəd-keçid prose-
durları, liman xidmətləri və dəniz daşımaları ilə bağ-
lı məsələlər, o cümlədən Yeni Bakı Beynəlxalq Dəniz
Ticarət Limanından istifadə, Türkiyəyə məxsus yük
avtomobillərini bərələrlə daha böyük həcmdə daşıma
imkanları, rüsum və tariflər və bu daşımaların asanlaş-
dırılması ilə bağlı digər məsələlər ətrafında qarşılıqlı
fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində liman və dəniz daşımaları
sahəsində müvafiq infrastruktur obyektləri ilə tanış-
lıq, eləcə də Bakı Beynəlxalq Ticarət Limanı və Ələt
qəsəbəsindəki Yeni Beynəlxalq Dəniz Ticarət Limanı
kompleksinə səfərlər təşkil edilib.
ÖLKə XəBərLərİ
Dostları ilə paylaş: |