Mersin ticaret ve Sanayi Odası
atİB ofisini ziyarət edib
13 mart 2015-ci ildə Mersin Ticaret ve Sanayi Odası
iş adamlarından ibarət heyətlə ATİB ofisini ziyarət etdi.
ATİB ofisində baş tutan görüşü ATİB İdarə Heyəti
sədrinin müavini Mürsəl Rüstəmov, İdarə Heyətinin
üzvləri Rafiq Qarayev və Oktay Vayiç salamlamaq nit-
qi ilə açdı. Onlara ATİB-in fəaliyyəti haqqında qısa
məlumat verdi. Cənab Mürsəl Rüstəmov qeyd etdi ki,
bu cür səfərlər Azərbaycan–Türkiyə iqtisadi və biznes
əlaqələrinin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Bu
mənada iş adamlarının üzrərinə böyük işlər düşür.
Görüş zamanı ATİB İdarə Heyətinin üzvü Rafiq Qara-
yev Azərbaycandakı biznes mühiti, vergi və gömrük sis-
temi, şirkət qurulması və s. barədə qonaqların suallarını
cavablandırdı. Oktay Vayiç bildirdi ki, iş adamları ölkənin
sosial həyatında da yaxından iştirak etməli, problemlərin
həllinə qatılmalıdır.
Qonaqlar onlara göstərilən səmimi münasibətə görə
təşəkkür edərək özləri haqqında məlumat verdilər.
Dostları ilə paylaş: |