atİB İdarə Heyəti sədrinin müavini Mürsəl
rüstəmov aSK-da assosiasiya və ictimai birliklərin
fəaliyyəti barədə müzakirədə iştirak edib
16 mart 2015-ci ildə ATİB İdarə Heyəti sədrinin mü-
avini Mürsəl Rüstəmov ASK-da assosiasiya və ictimai
birliklərin fəaliyyəti barədə müzakirədə iştirak etdi.
Qonaqları qarşılıqlı əməkdaşlığa dəvət edən,
sahibkar-hökumət münasibətlərindən söhbət açan
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezi-
denti Məmməd Musayev assosiasiya və ictimai birliklərin
fəaliyyətini təhlil edib. O bildirib ki, ölkədə dövlət qey-
diyyatından keçən 100-ə yaxın iqtisadi yönümlü ictimai
birliklərin olmasına baxmayaraq, hələ də onların birgə
fəaliyyəti qənaətbəxş deyil.
ASK-ın baş katibi Natəvan Məmmədova isə qeyd
edib ki, ölkədə hələ də elə sahələr var ki, orada müəyyən
boşluqlar var. Bu gün qeyri-neft sektorunun inkişafı
istiqamətində daha böyük investisiyalar cəlb etmək, Av-
ropa bazarına çıxmaq məqsədilə iş adamlarının bir as-
sosiasiya ətrafında birləşməsi zəruri sayılır. Belə ki, eyni
istiqamətdə fəaliyyət göstərən sahibkarların birləşərək
yeni sahəvi assosiasiyalar yaratmasına ehtiyacı yaranıb.
Bu gün sahibkarların qarşılaşdığı bir sıra problemlər –
əmək miqrantlarının işə cəlb edilməsi, kənd təsərrüfatı
sahəsində fermerlərin maliyyə çıxışı zamanı qarşılaşdığı
maneələr və s. kimi məsələlər komissiyaların və onların
inkişafına dəstək verəcək ictimai birliklərin köməyi ilə
həll edilə bilər. N.Məmmədova bu yöndə olan tələb və
təklifin aşağıdan formalaşıb, yuxarı qurumlara təqdim
olunmasını daha məqsədəuyğun hesab edib.
Azərbaycan Türkiyə İş Adamları Birliyinin İdarə Heyəti
sədrinin müavini Mürsəl Rüstəmov ATİB-in və üzvlərin
fəaliyyəti barədə məlumat verib, komissiyaların idarə
edilməsi sahəsində təcrübələrini qonaqlarla bölüşüb.
Dostları ilə paylaş: |