atİB İdarə Heyəti və atİB üzvləri
Bakıda “Son məktub” filminin təqdimat
mərasimində iştirak ediblər
5 aprel 2015-ci ildə Çanaqqala savaşının 100-
cü ildönümünə həsr edilmiş "Son məktub” filminin
təqdimatı olub.
Təqdimat mərasimində ATİB İdarə Heyətinin sədri
Cemal Yangının başçılıq etdiyi nümayəndə heyəti iştirak
edib. Azərbaycan Respublikası Prezidentinin ictimai-si-
yasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin
başçısı İlham Əliyevin "Son məktub” filminin təqdimat
mərasiminin iştirakçılarına məktubunu oxuyub.
Türkiyənin Azərbaycandakı səfiri Alper Coş-
kun göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə
minnətdarlığını bildirib. Səfir qeyd edib ki, Prezidentin
bu diqqəti Azərbaycan-Türkiyə qardaşlığının daha bir
təcəssümüdür.
Diplomat Çanaqqalada baş vermiş qanlı döyüşlərdən
söhbət açaraq bildirib ki, bu gün yüz il əvvəl ölüm-dirim
mübarizəsinin yaşandığı bir anı yad edirik. Həmin savaş-
da türk əsgərlərinin göstərdikləri şücaətdən bəhs edən
səfir Azərbaycan oğullarının onların yanında olduğunu,
onlarla birlikdə döyüşdüklərini diqqətə çatdırıb. Tarix bo-
yunca Azərbaycandan güc aldıqlarını vurğulayan İsmail
Alper Coşkun filmin təqdimatına dəstək göstərənlərə
minnətdarlığını bildirib. Sonra filmin nümayişi olub.
Dostları ilə paylaş: |