Eşkişehir Valiliyi atİB ofisini ziyarət edib
16 aprel 2015-ci ildə "Türk Dünyası Koordinasiya
Mərkəzi Layihəsi” əhatəsində Eskişehir vali köməkçisi Ali
Çetinin sədrlik etdiyi heyət Azərbaycan Türkiyə İş Adam-
ları Birliyinin ofisini ziyarət etdi.
Qonaqları ATİB İdarə Heyətinin sədri Cemal Yangın
və İdarə Heyətinin üzvü Rafiq Qarayev qəbul etdi.
Qonaqları salamlayan ATİB İdarə Heyətinin sədri Ce-
mal Yangın ATİB haqqında geniş məlumat verdi.
Cənab Ali Çetin Azərbaycana səfər etmələrinin
səbəbinin "Türk Dünyası Koordinasiya Mərkəzi
Layihəsi”ni tanıtmaq olduğunu bildirdi. Görüşün sonun-
da xatirə fotosu çəkildi.
Dostları ilə paylaş: |