atİB-in nümayəndə heyəti üzvləri ziyarət etdi
14 aprel 2015-ci ildə Türkiyənin Azərbaycandakı səfirliyinin
kültür və tanıtma müşaviri Seyit Ahmet Arslan, Azərbaycan və
Türkiyə İş adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yangın,
sədr müavinləri Mürsəl Rüstəmov və Rafiq Qarayev, İdarə
Heyətinin üzvü Ali Gümüş ATİB üzvü olan “Holiday Inn Baku”
hotelini (“Marina Plaza” MMC), “zenit Tour” şirkətlərini ziyarət
ediblər. "Holiday Inn Baku” hotelinin satış direktoru Damla Ba-
yık Çuhadaroğlu qonaqları salamlayaraq bildirdi ki, yeni dörd-
ulduzlu superior hotel 223 qonaq otağı, 18 suit daxil olmaqla 3
lüks rezidensiyadan (dairədən) ibarətdir. Otaqlar Xəzər dənizi
və Bakı şəhərinin gözəl, nəfəskəsici mənzərəsi, mehmanxana-
da qalan hər bir qonağın rahatlıq arzusunu təmin edə biləcək
beynəlxalq standartlara uyğun təchiz olunub.
Növbəti görüş “zenit Tour” şirkətində olub. Azərbaycanın
turizm sahəsində Türkiyə təcrübəsindən istifadə olunması
barədə, eləcə də turizm potensialının yüksəldilməsi mövzu-
sunda söhbətlər aparılıb, tövsiyələr edilib.
Görüşlər zamanı ATİB üzvlərinə plaket təqdim olunub və
xatirə fotoları çəkilib.
Dostları ilə paylaş: |