azərbaycan univeristeti ilə atİB arasında
əməkdaşlıq müqaviləsi imzalanıb
3 aprel 2015-ci ildə Azərbaycan Universiteti (AU) ilə
Azərbaycan–Türkiyə İş Adamları Birliyi arasında qarşılıqlı
əməkdaşlıq haqqında müqavilə imzalanıb. Əməkdaşlıq
ölkə iqtisadiyyatının dinamik inkişafına cavab verə bilən,
rəqabətyönümlü mütəxəssislərin hazırlanması üçün im-
kan və şərait yaratmağa istiqamətlənib.
Əməkdaşlıq müqaviləsinin imza mərasimində çı-
xış edən rektor Fərid Əhmədov tədbirdə iştirak edən
tələbələrə müraciət edib. Rektor gəncləri cəmiyyətin ri-
fah və inkişafına təmənnasız xidmət göstərən insanlar-
dan nümunə götürməyə, biznes bilik və vərdişlərinin ar-
tırılması və təkmilləşdirlməsi istiqamətində universitetdə
görülən işlərdən maksimum faydalanmağa səsləyib.
ATİB İdarə Heyətinin sədri Cemal Yangın biznes
mütəxəssisləri yetişdirən ali təhsil müəssisəsində olmaq-
dan məmnunluğunu dilə gətirib: "Təmsil etdiyim qurum
universitetlərlə iş birliyində maraqlıdır. Biz təcrübələrimizi
sizlərlə paylaşmağa hər zaman hazırıq. Universitetdə
əldə etdiyiniz nəzəri biliklərin praktikaya ən səmərəli
şəkildə tətbiq edilməsi üçün bütün şirkətlərimiz sizlərin
istehsalat təcrübəsinə açıqdır”.
Tədbirdə ATİB İdarə Heyətinin sədr müavini Cem
Becel, İdarə Heyətinin üzvü Rafiq Qarayev çıxış edərək,
nəzəriyyə ilə praktikanın vəhdətinin əhəmiyyətindən
bəhs ediblər. Çıxışlarda ən səmərəli və vacib investisi-
yanın təhsilə və insan kapitalına qoyulan investisiya ol-
duğu vurğulanıb. Tədbirdə ATİB İdarə Heyətinin üzvləri
Aydın Məmmədov, Ali Gümüş, Kaya Karslı, prof. dr. Fariz
Əmirov iştirak edib.
İki qurum arasındakı qarşılıqlı əməkdaşlıq kadr hazır-
lığı, birgə elmi simpozium, forum və konfransların təşkili,
monoqrafiya, dərslik, dərs vəsaiti və metodiki tövsiyələrin
hazırlanması, mütəxəssis hazırlığına dəstək verilməsi,
tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsi
və təkmilləşdirilməsi, tələbələrin istehsalat təcrübəsi
keçməsi və məzunların işlə təmin edilməsinə kömək
göstərilməsi, AU-nun İnnovativ Biznes İnkubatoru ilə
birgə layihələr (startuplar) təşkil edilməsi, elm-təhsil
sahəsində müxtəlif layihələrin həyata keçirilməsi kimi
sahələri əhatə edəcək. Müqavilə ilə həmçinin birliyə da-
xil olan şirkətlərdə çalışan mütəxəssis və əməkdaşların
peşə-ixtisas səviyyələrinin artırılması məqsədilə
universitetdə fəaliyyət göstərən kurslarda iştirakı, birli-
yin öz maliyyə imkanları nisbətində obyektiv meyarlarla
33
seçilən tələbələr üçün adlı təqaüdlər verilməsi, onların elmi-
tədqiqat işlərinə xüsusi qrant və vəsaitlər ayrılması da nəzərdə
tutulur.
Dostları ilə paylaş: |