atİB İdarə Heyəti türkiyənin 11-ci prezidenti cənab
abdullah Gülün şərəfinə ziyafətdə iştirak edib
30 aprel 2015-ci ildə Türkiyənin Azərbaycandakı
səfirliyində Türkiyənin sabiq prezidenti Abdullah Gülün
şərəfinə ziyafət təşkil olunub.
ziyafətdə Azərbaycan Türkiyə İş Adamları Birliyi
İdarə Heyətinin sədri Cemal Yangın, sədr müavini Cem
Becel, İdarə Heyətinin üzvləri Rafiq Qarayev, İsmail Şa-
hin, Oktay Vayiç, Ali Gümüş, Fariz Əmirov, ATİB üzvləri
Azər Hətəmov, Altan Şentürk, Oğuz Pardun, Fatih Gü-
ven iştirak edib. ziyafətdə Azərbaycan Prezidentinin
köməkçisi Əli Həsənov, Baş Nazirin müavini Abid Şərifov,
Ali Məhkəmənin sədri Ramiz Rzayev, Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, parla-
mentin vitse-spikerləri ziyafət Əsgərov və Bahar Mura-
dova, Şeyxülislam Hacı Allahşükür Paşazadə, deputatlar,
KİV rəhbərləri, ziyalılar iştirak ediblər.
Tədbirdə çıxış edən Abdullah Gül Azərbaycanın
bölgələrində olduğunu, son günlər isə Bakının bir çox
yerlıri ilə tanış olduğunu deyib. O, Bakının, ümumilikdə
Azərbaycanın inkişafının göz önündə olduğunu, bu
dəyişikliyə şahidliyini, Azərbaycan Prezidenti İlham Əliyevin
bu inkişafda misilsiz rolunun olduğunu qeyd edib.
Baş nazirin müavini Abid Şərifov qonağı salamla-
yıb, onunla tanışlıq tarixindən danışıb, Abdullah Gülün
hər zaman türk xalqlarının və dövlətlərinin inteqrasiyası
üçün çalışdığını vurğulayıb.
25 aprel 2015-ci ildə Azərbaycan Türkiyə İş Adamları Birliyi üzvləri artıq ənənə formasına düşmüş səhər yeməyində
toplaşdılar. Müasir iş dünyasında formalaşmış yenilikləri Azərbaycana gətirən ATİB bu ənənə ilə üzvləri arasında işgüzar
münasibətlərin qurulmasını və üzv şirkətlərin bir-birini daha yaxından tanımasında vasitəçilik etməyi nəzərdə tutur.
Səhər yeməyində həmçinin Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşları da iştirak etdi. ATİB
İdarə Heyəti sədrinin müavini, "Azərbaycan Koka Kola Bottlers Ltd." MMC-nin baş direktoru Cem Becel "Sürətli İs-
tehlak Məhsulları Bazarı, Satış Marketinq Texnikaları və Dağıtım Modelleri” mövzusuna aydınlıq gətirmək məqsədilə
səhər yeməyinə qatıldı. Səhər yeməyində qonaqları ATİB İdarə Heyətinin sədri Cemal Yangın salamladı. Səhər yeməyi
üçün üzvlərin toplanmasını yeni bir ünsiyyət forması kimi dəyərləndirən ATİB sədri qeyd etdi ki, bu təşəbbüs əlverişli
əməkdaşlıq imkanları yaradır, habelə münasibətlərin inkişafına töhfə verir. Səhər yeməyinin sonunda yeni üzvlərə
plaket təqdim edildi.
Dostları ilə paylaş: |