40
EcoVision
ÜZVLƏRDƏN XƏBƏRLƏR
türkiyəli mütəxəssis
“PaŞa Həyat”da təlim
keçib
Azərbaycanın “PAŞA
Həyat Sığorta” şirkəti
işçilərinin bilik və bacarığının artırılması və daha
da təkmilləşdirilməsi istiqamətində həyata keçirdi-
yi siyasəti əsas tutaraq Satış və Çağrı Mərkəzinin
əməkdaşları üçün beynəlxalq təlimçinin iştirakı ilə
treninq təşkil edib.
Təlim bu ilin fevral ayının 25-27-də Türkiyənin
tanınmış “US Danışmanlık” Konsaltinq Şirkətinin
rəhbəri, təcrübəli təlimçi Sevda Güner tərəfindən
“PAŞA Həyat Sığorta” şirkətinin Satış və Çağrı
Mərkəzinin əməkdaşları üçün keçirilib.
Təlimdə bazar analizləri, satışın taktikası və
incəlikləri, marketinqin əhəmiyyəti, Satış və Çağrı
Mərkəzi əməkdaşının davranış qaydaları və digər
sahələr üzrə geniş təqdimatlar edilib. Təlimçi dərin
nəzəri biliklərlə yanaşı, müasir qabaqcıl təcrübə
nümunələri də nümayiş etdirmiş və real biznes
mühitinin praktiki aspektləri ətraflı araşdırılmışdır.
Təlimin yeni formalaşmaqda olan yer-
li həyat sığortası bazarında sığortaçı-müştəri
münasibətlərinin qurulmasında və inkişaf
etdirilməsində mühüm əhəmiyyət kəsb etdiyi bil-
dirilmişdir.
“PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral
ayından fəaliyyət göstərir. Kapitallaşma səviyyəsinə
və biznes göstəricilərinə görə şirkət həyat sığortası
bazarının lideridir. Cari ilin mart ayının 1-nə şirkətin
nizamnamə kapitalının həcmi 40,250 mln. manat
təşkil edir.
Dostları ilə paylaş: