42
EcoVision
SAHİBKAR
müxtəlif vəzifə öhdəliklərim oldu. Ancaq karyeram,
inkişafım üçün özümə qoyduğum sərmayə ilə para-
lel böyüdü. Bu fərdi inkişaf cəhdləri iş göstəriciləri
ilə birləşdikcə pillələri qalxmağa başladım. Univer-
sitet təhsilimi "Coca-Cola"da işləyərkən bitirdim.
Xarici dil biliklərimi artırmaq üçün ölkədaxili və
ölkəxarici bir çox təlimlərdə iştirak etdim. Şirkətdə
müdir vəzifəsində işlədiyim zaman marketinq üzrə
ixtisaslaşmış MBA təhsilimi başa vurdum. İşlədiyim
şirkət də məni müxtəlif fərdi inkişaf təlimlərinə
göndərdi və bunun sayəsində dünyanı da görüb
tanımaq imkanım oldu. 2010-cu ildə "Coca-Co-
la İordaniya"nın baş direktoru təyin olundum və
2014-cü ildən etibarən Azərbaycanda eyni vəzifədə
işləyirəm.
Artıq bir neçə ildir ki, "Azərbaycan Koca-Kola
Bottlers Ltd" MMC şirkətinin baş direktoru olaraq
fəaliyyətdəsiniz. Azərbaycana adaptasiya Sizin üçün
çətin olmadı ki?
Bu sualın cavabı çox qısa olacaq. Heç bir adap-
tasiya müddəti keçmədim, özümü ilk gündən bəri
evimdəki kimi hiss edirəm.
Şirkətiniz yaşadığımız cəmiyyətin inkişafına,
ətraf mühitin qorunmasına xüsusi önəm verir. Bu
məqsədlə müəyyən sosial və ekoloji layihələr həyata
keçirir. Bu barədə nə deyə bilərsiniz?
20 ildən artıqdır ki, biz Azərbaycan cəmiyyətinin
bir parçasıyıq və bu gün "Coca-Cola" siste-
mi Azərbaycanda 400 əməkdaşı işlə təmin edir,
həmçinin 1200-dən artıq insana birbaşa əmək
məşğulluğu imkanı yaradır. Bundan əlavə, təchizat
sistemləri vasitəsilə 4000-dən artıq insana iş
fürsətləri yaradır. Fəaliyyət göstərdiyimiz hər bir
ölkədə biz hökumət, vətəndaş cəmiyyəti və digər
özəl sektor iştirakçıları ilə bərabər əməkdaşlıq
çərçivəsində işləyərək, əhatəli və davamlı inkişafa
dəstək olmağa çalışırıq. Bu məqsədlə Azərbaycanda
sağlam həyat tərzi, gənclərin səlahiyyətləndirilməsi
və ətraf mühitlə bağlı keçirilən ictimai layihələrə
sərmayə ayırırıq.
Fəal və sağlam həyat tərzinin "Coca-Cola"nın
əsas prioritetlərindən olduğunu nəzərə alsaq,
cəmiyyətin inkişafına müsbət təsir göstərən
layihələrə dəstək olmaq bizim üçün çox vacibdir.
Belə layihələrdən biri kimi FASA (Fəal Ailəm, Sağlam
Aləm)-nı qeyd etmək olar belə ki, Azərbaycan Res-
publikası Gənclər və İdman Nazirliyi və Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsi arasında imza-
lanmış memoranduma əsasən 1-ci Avropa Oyunla-
rının sosial miras layihələrindən birinə çevrildi. FASA
proqramı Azərbaycanda gənclər və onların ailələri
arasında fəal və sağlam həyat tərzini təbliğ etmək
məqsədi daşıyan uzunmüddətli bir təşəbbüsüdür.
Bu layihə 2012-ci ildə, "Coca-Cola", Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsi və Azərbaycan
Respublikası Təhsil Nazirliyi arasındakı tərəfdaşlıq
nəticəsində yaradılmışdır.
Həmçinin bizim Məktəbli Kuboku adlandı-
rılan layihəmiz də var. Layihə, "Coca-Cola" və
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ara-
sında uzunmüddətli tərəfdaşlıq olaraqla, Məktəbli
Kuboku və U13 liqa turnirlərinin təşkilindən
ibarətdir. Hər il, Naxçıvanda daxil olmaqla bütün
Azərbaycandan 200.000-dən çox məktəbli bu
turnirdə iştirak edir.
Ən əsası isə, biz ilk dəfə Azərbaycanda keçiriləcək
"Baku 2015" Avropa Oyunlarının rəsmi tərəfdaşı
olduğumuz üçün qürur duyuruq. Bu tədbirin
Azərbaycan üçün necə böyük əhəmiyyət daşıdığı-
nı və bütün azərbaycanlıların milli qüruru ilə bağlı
olduğunu bilirik. Buna görə də bu tədbirin bir par-
çası olduğumuz üçün fəxr edir və hər kəsi ölkənin
tarixində ən vacib səhifələrdən biri kimi əbədi ola-
raq qalacaq bu tarixi səyahətə dəvət edirik.
Biz həm də ADA Universitetinin strateji tərəfdaşı
olaraq 2014-cü ilin fevral ayında “Ağac Ək, Həyata
Hədiyyə Ver” layihəsinə başladıq və 2020-ci ilin so-
nuna qədər 100.000 ağac əkməyi nəzərdə tuturuq.
Layihə Azərbaycandakı şirin su ehtiyatlarının qo-
runması və çoxaldılmasına nail olmaq məqsədilə
təyin edilmiş müəyyən ərazilərdə meşəsalma və
meşəbərpa tədbirlərinin həyata keçirilməsini təbliğ
edir. Həmçinin layihə damla suvarmadan istifadəni
nəzərdə tutur, bu da, öz növbəsində, ölkədəki su-
yun əhəmiyyətli miqdarda qənaətinə gətirib çıxa-
racaq.
Dostları ilə paylaş: