Xidmətdə sərhəd
tanımadıq, lider olduq!
Azərbaycanda fəaliyyət göstərən www.banco.
az maliyyə portalının keçirdiyi “İlin Ən Yaxşıları”
müsabiqəsində Yapı Kredi Bank Azərbaycan internet
bankçılıq məhsulu ən çox səs toplayaraq birinci yerə la-
yiq görülmüşdür
Daima “Xidmətdə Sərhəd Yoxdur” strategiyası-
na sadiq qalan Yapı Kredi Bank Azərbaycan internet
bankçılıq xidmətinə çox böyük önəm verir. Filiallara
getmədən, növbələr gözləmədən, internet vasitəsilə
sürətli və etibarlı bank əməliyyatları üçün Yapı Kre-
di Bank Azərbaycanın təqdim etdiyi internet bank-
çılıq xidmətinin əsas üstünlükləri kart, bank, əmanət
və kredit hesabları haqqında məlumatlar əldə etmək,
ölkədaxili və bankdaxili pul köçürmələri, konvertasi-
ya əməliyyatlarını həyata keçirmək, əmanət yatırmaq,
“Worldcard”dan karta və ya hesaba pul köçürmək, ağıllı
assistent və ağıllı kitabça funksiyalarından yararlan-
maq, eyni zamanda “Worldcard” borcunu və kommu-
nal ödənişləri avtomatik olaraq ödəmək, hesab bildi-
rişini çap etmək və s.-dən ibarətdir. Bundan əlavə, bu
funksiyaların bir çoxunun yerinə yetirilməsi üçün Yapı
Kredi Bank Azərbaycan mobil bankçılıq məhsulunu da
müştərilərinin istifadəsinə vermişdir. Mobil bankçılıq
məhsulunu Android və IOS tipli əməliyyat sistemli mobil
qurğular üçün yükləyə bilərsiniz.
Xidmətə qoşulmaq üçün bankın bütün filiallarından
sadə bir müraciət forması doldurmaq kifayət edir. İnter-
net bankçılıq xidmətindən bankın müştərisi olan hüqu-
qi və fiziki şəxslər, “Worldcard” sahibləri və World Üzv
Ticarət Obyektləri yararlana bilər. Qeyd edək ki, xidmətə
qoşulmaq ödənişsizdir.
Yapı Kredi Bank Azərbaycan bankçılığın hər sahəsində
fiziki və hüquqi şəxslər üçün müxtəlif məhsul və
xidmətlər təklif edir. Bank yarandığı gündən “Xidmətdə
sərhəd yoxdur” prinsipinə sadiq qalaraq müxtəlif çeşid-
li kredit və depozit məhsulları, eyni zamanda kredit və
debet kartları, pulköçürmə, sığorta, internet bankçılıq,
mobil bankçılıq və 24/7 fasiləsiz çalışan *0444 Telefon
Mərkəzi kimi innovativ həllərini müştərilərin istifadəsinə
təqdim edir.
Bankın məhsul və xidmətləri ilə bağlı məlumatı
daim yenilənən www.yapikredi.com.az və https://www.
facebook.com/YapiKrediAz 
səhifələrindən,
eyni zamanda 7 gün 24 saat *0444 Yapı Kredi Telefon
Mərkəzindən əldə edə bilərsiniz.
Dostları ilə paylaş: |