“Energocredit”lə alınmış
məhsulların 10 faizi
müştərilərə geri ödənilir
“Energocredit” layihəsi çərçivəsində müştərilər
tərəfindən “Energocredit”lə alınmış məhsulların
dəyərinin 10%-i onlara nağd şəkildə geri ödənilir. Bu-
nunla yanaşı, müştərilərə mütəxəssislərin pulsuz texniki
dəstəyindən yararlanmaq imkanı da verilir.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)
tərəfindən tətbiq edilən “Energocredit” layihəsinin
məqsədi daha səmərəli texniki avadanlıq, materiallar
və məişət avadanlıqları əldə etməklə yerli sahibkarla-
ra və fiziki şəxslərə enerjiyə ödədikləri vəsaitə qənaət
etmələrinə yardımçı olmaqdır.
Qeyd edək ki, “DəmirBank” “Energocredit” layihəsinə
bu ilin sentyabr ayından qoşulub. AYİB layihəni
gerçəkləşdirmək üçün “DəmirBank”a 5 milyon ABŞ dol-
ları ayırıb.
Ölkənin ilk kommersiya banklarından olan
“DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın
səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan
Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İn-
kişaf Maliyyə Şirkəti (FMO) daxildir.
Dostları ilə paylaş: |