Ünvan: İnşaatçılar pr. 42/42
39
“Muğanbank”da ödənişlər
daha da rahat oldu
“Muğanbank” ASC və “Modenis”
MMC əməkdaşlıq müqaviləsi imzala-
yaraq müştərilərinə kreditlərini “E-Manat” terminalların-
dan ödəməyə imkan yaradır. Hazırda “E-manat” şəbəkəsi
1500-dən artıq terminala malikdir və Azərbaycan
ərazisində gündən-günə genişlənməkdədir. “E-Manat”
sistemi vasitəsilə kreditlər üzrə ödənişlər dərhal həyata
keçirilir və sistemdən istifadə qaydaları çox sadədir.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış
qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci
ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə
ərazisində 44 filialı və 6 şöbəsi, həmçinin Moskva
şəhərində nümayəndəliyi müştərilərə hər növ bank
məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğan-
bank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Av-
ropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq
Maliyyə Korporasiyası (IFC), “WorldBusiness Capital Inc.”
(WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC),
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD),
“The Green for Growth Fund” (GGF), Cənub-Şərqi Av-
ropa üzrə Avropa Fondu (EFSE) kimi beynəlxalq iqtisadi
qurumlarla əməkdaşlıq edir.
“Muğanbank”ın xidmət və məhsulları haqqında
ətraflı məlumat almaq üçün bankın Məlumat Mərkəzinə
(+99412 564 35 11) zəng edə və ya www.muganbank.az
saytına və facebook səhifəsinə keçid ala bilərsiniz.
Dostları ilə paylaş: