risk navigator –
risklərdən qorunma və
risklərin idarə edilməsi
üçün yeni üsul
aXa MBaSK-dan növbəti yenilik
AXA MBASK Sığorta Şirkəti korporativ sosi-
al məsuliyyət çərçivəsində Risk Navigator – yol-
nəqliyyat hadisələrinin interaktiv xəritəsini əhalinin
istifadəsinə verir.
Risk Navigator ilk növbədə respublikada yol-
ların vəziyyətinin profilaktikasına və yaxşılaşdırıl-
masına yönəldilmiş sosial bir layihədir. Bu resurs
şirkətin istər paytaxtda, istər də respublikanın
bölgələrində AXA MBASK Şirkətinin yol-nəqliyyat
hadisələrinin statistikasına əsaslanan məlumatların
nəşr edilməsi və vizuallaşdırılması üçün xüsusi
işlənib hazırlanmışdır.
Resursa www.axambask.az ünvanından daxil ol-
maq olar.
Şirkətin və Risk Navigator layihəsinin əsas
vəzifəsi – istifadəçilərə YNH-nin konsentrasi-
ya yerlərini, “qəza ocaqları”nı aşkarlamaq imka-
nı vermək, beləliklə, sürücülərin təhlükəsizlik və
marşrutlara düzəliş etmələri məqsədilə həmin
yerlərdə hərəkət tərzinin dəyişdirilməsinin təşkili
üçün tədbirlər görülməsinə yardım etməkdir.
Hazırda layihəyə 2014-cü ildən bugünə qədər
baş vermiş yol hadisələri barədə məlumatlar da-
xil edilmişdir. Qəzaların topoqrafik təhlili şirkətin
ekspertləri tərəfindən hər ay yenilənəcəkdir.
Xəritənin tətbiqi çox sadə olduğundan onun
istifadəsi İnternet şəbəkəsinə çıxışı olan hər kəs
üçün əlçatandır.
Yaxın zamanlarda xidmətə YNH-nin növü (toq-
quşma, piyadanın vurulması və s.), həlak olanlar
və ya xəsarət alanların sayı, hadisələrin başvermə
səbəbləri haqqında məlumatı nəzərdən keçirmək,
eləcə də müəyyən vaxt ərzində statistikaya sorğu
vermək imkanı kimi seçimlər də əlavə ediləcəkdir.
Sığorta bazarının liderlərindən olan AXA
MBASK 2010-cu ildən etibarən şirkətin mövcud
biznes proseslərinə AXA beynəlxalq standartlarının
tətbiqi prosesinə başlayıb.
Sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışla-
rın inkişafı planı həyata keçirilməklə qısa müddət
ərzində bütün Azərbaycan ərazisində fiziki və hü-
quqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri
ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə
yaxın sığorta polisinin satışı məntəqəsi açılmışdır.
Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin
vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin
qısa zaman ərzində “İlin sığorta şirkəti” kimi yed-
di beynəlxalq və milli mükafata layiq görülməsinə
gətirib çıxarmışdır.
41
SAHİBKAR
Hörmətli Cem bəy, ATİB-in “EcoVision” jurnalının “Sa-
hibkar” rubrikası üçün müsahibəyə vaxt ayırdığınız üçün
Sizə təşəkkür edirik. Zəhmət olmasa ilk öncə şəxsi və
karyera həyatınızla bağlı oxuculara məlumat verərdiniz.
Orta təminatlı bir ailənin ikinci övladı olaraq İstan-
bul şəhərində dünyaya göz açmışam. Bir oğlum var,
hal-hazırda İspaniyada təhsilini davam etdirir. İlk və
orta məktəbdən sonra texniki lisey məzunu olmuşam.
Bu səbəbdən iş həyatıma texnik olaraq başlamışam,
lakin qəbul edə bilmədiyim üçün sahəmi dəyişdirərək
maliyyə müşavirliyi bürosunda mühasib olaraq işləməyə
başladım. Sonra isə iki il ərzində mağazada pərakəndə
satışla məşğul oldum, burada həm satışla yaxından ta-
nış oldum, həm də gənc yaşımda təchizat sahəsi üzrə
idarəetmə təcrübəsi qazandım. 1990-cı ildən bəri
"Coca-Cola"da işləyirəm.
Necə oldu ki, “Coca-Cola”da çalışmaq qərarına
gəldiniz?
"Coca-Cola"da işləməyə başlayanda hələ 20 ya-
şımda idim. "Coca-Cola" İstanbulda satış heyəti
tərkibini böyütmək qərarına gəlmiş və gənc, başlanğıc
səviyyəsində idarəçilik üçün namizəd axtarırdı. Mar-
ka, uşaqlığımdan bəri sevdiyim, istehlak etdiyim dün-
ya səviyyəsində bir marka olduğu üçün arzu edərək
müraciət etdim və müsahibələrdən müsbət nəticə ala-
raq böyük həvəslə işə başladım.
İstərdik ki, şirkətdəki karyera yüksəlişinizlə bağlı
oxucularımıza məlumat verəsiniz
"Coca-Cola" şirkətində satış şefi olaraq işə başladım,
Satış və marketinq şöbələrində ölkədaxili və ölkəxarici
Dostları ilə paylaş: |