58
EcoVision
MÜSAHİBƏ
həcminin ölkənin ümumi daxili məhsulunda xüsu-
si çəkisi artmaqda davam edir. Ölkəmizdə əhalinin
sayının artması, təhsil və mədəni səviyyənin
yüksəlməsi, iqtisadiyyatın artması bütün sığorta
növləri, o cümlədən həyat sığortası sahəsindəki ge-
niş inkişaf üçün böyük imkanlar yaradır.
Sığorta biznesinin genişlənməsinin əsas
nəticələrindən biri investisiya resurslarının əmələ
gəlməsidir. Bu baxımdan inkişaf etməkdə olan
Azərbaycan iqtisadiyyatı üçün investisiya imkanları
olan sığorta bazarının əhəmiyyəti daha da aktual-
laşır.
Son dövrlər ölkədə sığorta münasibətləri ilə
bağlı hüquqi bazanın genişləndirilməsi, cəmiyyətdə
və iqtisadiyyatda sığortanın zəruriliyinin və fayda-
sının dərk edilməsi sığorta bazarının məhsullarına
olan tələbatı əhəmiyyətli dərəcədə artıracaqdır.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iqti-
sadiyyatda atılan hər bir addım sığorta münasibətləri
ilə müşayiət olunmalıdır. Bu qabaqcıl təcrübə bir
daha sübut edir ki, iqtisadi inkişaf və dünya iqtisadi
sisteminə inteqrasiya yolunu tutmuş Azərbaycanda
sığorta bazarının ardıcıl inkişaf və yüksəliş əldə
etməsi labüddür.
“PAŞA Həyat” şirkətini fərqləndirən əsas
xüsusiyyətlər nədir?
“PAŞA Həyat” şirkətini xarakterizə edən əsas
xüsusiyyət onun ümumi strategiyaya əsaslanan ef-
fektiv idarəetmə və biznesin aparılması sisteminin
mövcud olmasıdır.
Şirkətin kadr potensialının müasir tələblərə cavab
verməsi, bütün struktur bölmələrinin bilikli, peşəkar
və qabiliyyətli mütəxəssislərlə təmin edilməsi daim
rəhbərliyin diqqət mərkəzindədir. Yeni iş yerləri, bir
qayda olaraq, şirkətin təcrübəli işçiləri və ya xüsusi
proqram üzrə hazırlıq keçmiş mütəxəssislər hesabı-
na komplektləşdirilmişdir. İnsan resursları siyasəti
olaraq şirkət ilk növbədə öz kadrlarının peşəkar in-
kişafı üçün müvafiq şərait yaradır, onları bu sahədə
müxtəlif təlimlərə göndərir və şirkətdaxili ixtisasar-
tırma tədbirləri həyata keçirir. Bunun nəticəsi olaraq
işçilər motivasiya olunaraq öz üzərlərində çalışmaq-
la şirkətdə karyera yüksəlişinə nail olurlar. İl ərzində
şirkətin
əməkdaşları
peşəkar səviyyəni artır-
maq üçün planlı forma-
da müxtəlif təhsil-təlim
mərkəzlərində, o cümlədən
xarici ölkələrdə kurs və se-
minarlarda iştirak edirlər.
“PAŞA Həyat Sığor-
ta” ASC-də Azərbaycanın
həyat
sığortası
baza-
rında ilk dəfə olaraq
risklərin
idarəedilməsi
sistemi
yaradılmış
və
təkmilləşdirilməkdədir.
Risklərin idarəedilməsində
əsas
vəzifə
ümumi
fəaliyyətin, yəni cəmiyyətin aktiv və passivlərinin
idarəedilməsi zamanı mənfəət əldə edilməsi ilə ya-
naşı maliyyə sabitliyinin, likvidliyin və təhlükəsizliyin
qorunmasıdır. Risklərin idarəedilməsi xidmətinin əsas
məqsədi risk siyahısını və limitlərini müəyyənləşdirmək
və müvafiq olaraq risklərin bu limitlər çərçivəsində ol-
masını təmin etməkdir. Hazırda “PAŞA Həyat Sığorta”
ASC-də risklərin idarəedilməsi şirkətin idarəetmə sis-
teminin mühüm tərkib hissələrindən biridir. Risklərə
nəzarət sahəsində cəmiyyətin siyasətinin formalaş-
ması, mövcud və qəbul edilən risklər üzrə fəaliyyət
və onlara nəzarət şirkətdə Direktorlar Şurası, İdarə
Heyəti və Risklərin idarəedilməsi şöbəsi tərəfindən
həyata keçirilir.
“PAŞA Həyat” böyümə və təkmilləşmə dövrü-
nü yaşadığı üçün hərtərəfli və dinamik inkişafın
təmin edilməsi məqsədilə iri layihələr həyata keçirir.
Şirkətdə layihələrin idarəolunması funksiyası yara-
dılmış və bütün proseslər planlaşdırma-icra-nəzarət
ardıcıllığı ilə aparılır. Layihələrin idarəolunması
şöbəsi layihələrin konsepsiyasının, planlarının və
büdcələrinin hazırlanmasında iştirak edir, onla-
rın yerinə yetirilməsi üçün zəruri məlumatların
toplanılmasını və onların təhlilini həyata keçi-
rir. Şöbə yeni layihələr üzrə işlərin təşkilində və
keçirilməsində, layihələr üzrə aparılan işlərin “Paşa
Holding” və şirkətin digər struktur bölmələri ilə ko-
ordinasiya edilməsində, layihələr üzrə bütün zəruri
sənədləşdirmə işlərinin aparılmasında, layihələrin
idarəolunması üzrə işçi qrupunun formalaşmasında
və işlərin icrasında mühüm funksiyalar yerinə yetirir.
Yekun olaraq əmin olduğumuzu bildiririk ki,
“PAŞA Həyat” etibarlı, keyfiyyətli və müasir səviyyədə
xidmətlər göstərməklə müştəri məmnuniyyətini
təmin edən, yüksək biznes texnologiyalarına
əsaslanan, səhmdarların mənafeyini qoruyan, iq-
tisadiyyatın və cəmiyyətin inkişafına layiqli töhfə
verən həyat sığortası şirkəti fəaliyyətini uğurla da-
vam etdirəcəkdir.
“
PAŞA Həyat Sığorta” ASC-də Azərbaycanın həyat sığortası
bazarında ilk dəfə olaraq risklərin idarəedilməsi sistemi ya-
radılmış və təkmilləşdirilməkdədir. Risklərin idarəedilməsində
əsas vəzifə ümumi fəaliyyətin, yəni cəmiyyətin aktiv və
passivlərinin idarəedilməsi zamanı mənfəət əldə edilməsi ilə
yanaşı maliyyə sabitliyinin, likvidliyin və təhlükəsizliyin qorun-
masıdır. Risklərin idarəedilməsi xidmətinin əsas məqsədi risk
siyahısını və limitlərini müəyyənləşdirmək və müvafiq olaraq
risklərin bu limitlər çərçivəsində olmasını təmin etməkdir.
|