Azərbaycanın iqtisadi həyatının ənənəvi və ayrılmaz
hissəsinə çevrilmiş “Xəzər Neft və Qaz” (“Caspian Oil and
Gas”) sərgi və konfransı iyun ayının birinci həftəsində start
götürür. Təsis edildiyi vaxtdan bəri “Xəzər Neft və Qaz”
sərgisində uzun illərdir ki, bu sahənin əsas şirkətləri iştirak
edir. Bu isə sözügedən forumun həm aktuallığından, həm də
zəruriliyindən xəbər verir. Bu il “Xəzər Neft və Qaz” sərgisi
ziyarətçilər üçün nə hazırlayır? Biz bu barədə sərginin
təşkilatçıları, layihə meneceri Tofiq Kərimovla söhbət etdik.
-
“Xəzər Neft və Qaz” sərgi və konfransı müasir
Azərbaycanın müstəqilliyi ilə, demək olar ki, həmyaşıddır.
İlk dəfə 1994-cü ildə ümummilli lider Heydər Əliyevin
təşəbbüsü ilə keçirildiyi vaxtdan bəri “Xəzər Neft və Qaz”
sərgisi ölkənin energetika sektorunun aparıcı tədbirlərindən
biri olaraq qalır. Bu il Bakı artıq 22-ci dəfə “Xəzər Neft və
Qaz” sərgisinin iştirakçıları və ziyarətçilərini qarşılayacaq.
Siz Azərbaycanın neft-qaz kompleksinin inkişafında bu
sərginin rolunu necə səciyyələndirərdiniz?
-
Artıq 20 ildən çoxdur ki, “Xəzər Neft və Qaz”
sərgi və konfransı hər il öz meydançasında bütün dün-
yanın neft sənayesi liderlərini bir araya gətirməklə yana-
şı, dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəldir.
Sərgi dünya neft-qaz icmasının mütəxəssisləri arasında
əməkdaşlığın genişləndirilməsi üçün səmərəli platformadır
və ən yeni layihələrin işıqlandırılması, həmin layihələrlə ta-
nışlığı, habelə əməkdaşlığın inkişaf etdirilməsi və investisi-
ya layihələrinin icrası üzrə yeni təmayül və perspektivlərin
öyrənilməsinə imkan yaradır. Şübhəsiz ki, ölkə rəhbərliyinin
diqqəti və dəstəyi olmadan sərgi bu statusa nail ola
bilməzdi. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin hər il açılış mərasimində iştirak etməsi “Xəzər
Neft və Qaz” sərgisi üçün böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası Energetika Nazirliyinin, habelə
ARDNŞ-nın çoxillik əməkdaşlığı və dəstəyi nəticəsində
bu sərgi və konfrans dövlət və özəl layihələr çərçivəsində
etibarlı tərəfdaşlıq axtaran milli və xarici şirkətlər arasında
əməkdaşlıq körpüsünə çevrilmişdir. Bu illər ərzində sərgi
vasitəsilə yüzlərlə şirkət Xəzəryanı regionun bazarına da-
xil olmuş və özünə tərəfdaş tapmışdır. Bu sahənin inno-
vativ texnologiyaları isə ildən-ilə Azərbaycanın neft-qaz
sənayesində öz tətbiqini tapır. Əlbəttə, dövlətin dəstəyi və
açıq qapılar siyasəti, eləcə də ölkədə fəal surətdə inkişaf
edən iqtisadiyyat olmadan bütün bunları həyata keçirmək
çox çətin olardı. Yuxarıda deyilənlərə əsaslanaraq əmin ol-
duğumu bildirirəm ki, “Xəzər Neft və Qaz” sərgisinin böyük
gələcəyi var. Belə ki, bu gün internet və sosial şəbəkələrin
inkişaf etdiyi bir dövrdə sərgilər tərəfdaşların bir araya
gələrək görüşməsi və şəxsi münasibətlər qurması üçün
unikal imkanlar yaradır. Göstəricilərə gəldikdə isə, bu il
sərgidə dünyanın 27 ölkəsindən 310 şirkət iştirak edəcək.
Dostları ilə paylaş: |