ticarət dövriyyəsi 0,013% təşkil etmişdir.
63
pozulmasına görə məsuliyyət “Elektron ticarət haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsində elek-
tron kommersiya ilə bağlı tənzimləyici müddəalar “Əqdlər
haqqında ümumi müddəalar”, “Öhdəliklər haqqında ümu-
mi müddəalar” və “Öhdəliklərin icrası” ilə bağlı fəsillərində
nəzərdə tutulmuşdur.
Ölkəmizdə e-ticarətin inkişafı fonunda bir sıra çətinliklər
də mövcuddur. Bunlardan başlıcalarını aşağıdakı kimi sa-
dalamaq olar:
1. Elektron ticarət sahəsində əməliyyatların
təhlükəsizliyi. Qeyd edək ki, elektron ticarət əməliyyatları
əsasən onlayn ödəmə sistemləri ilə baş verdiyindən və
məhsullar xaricdən əldə olunduğundan bir sıra hallarda
istehlakçılar möhtəkirliklə qarşılaşırlar. Bunun da aradan
qaldırılması istiqamətində bir sıra işlər aparılır ki, bunla-
rın da içərisində Azərbaycan Mərkəzi Bankının elektron
ticarət üzrə əməliyyatlarının həyata keçirilməsi zamanı
təhlükəsizlik təlimatını göstərmək olar.
Təlimatda qeyd olunduğu kimi, internet üzərindən
əməliyyat həyata keçirilərkən ilk növbədə emitent bankın
bu sahə üzrə təhlükəsizlik tələbləri və baş verə biləcək fı-
rıldaqçılıq halları zamanı qarşılıqlı öhdəliklərlə yaxından ta-
nış olmalı; məhsul və xidmətlərini əldə edəcəyiniz internet
mağaza etibarlı reputasiyaya malik olmalı; internet mağa-
zanın veb səhifəsində müştərilər haqqında məlumatların
ötürülməsi və bu məlumatların necə qorunması üzrə
təhlükəsizlik məlumatları öz əksini tapmalı; internet mağa-
zasının məxfilik haqqında siyasəti ilə tanış olunmalı və s. bu
kimi məsələlərə diqqət yetirilməlidir.
2. Vergiyə cəlbolunma və gömrük ödəmələri. Elek-
tron ticarətin virtual aləmdə həyata keçirilməsi bu növ
əməliyyatların vergiyə cəlb olunması işini xeyli çətinləşdirir.
Elektron ticarət üzrə fəaliyyəti həyata keçirən tərəflərin (is-
tehlakçının və satıcının) fərqli ölkələrdə məskunlaşması,
informasiya sistemlərinin (serverlərin) isə xarici ölkə
ərazisində yerləşməsi əmtəə və xidmətlərin təqdim edil-
diyi yerin, vergi ödəyicisinin və vergi məbləğinin müəyyən
olunmasını mürəkkəbləşdirir.
Müasir dövrdə e-ticarət bu sahənin aparıcı Qərb
ölkələrində, xüsusən də ABŞ-da gömrük rüsumlarının,
eləcə də hər hansı bir nəzarət prosedurunun olmadığı
azad virtual aləmdə inkişaf edir. Belə qayda, əsasən, inter-
net üzərindən məhsullar ixrac edən və bu bazarda hakim
mövqe tutan və onların ixracatçıları kimi çıxış edən inkişaf
etmiş iri sənaye ölkələri üçün sərfəlidir.
Avropa İttifaqı dövlətlərində ümumiyyətlə e-ticarətə
yanaşmada onun spesifikliyi nəzərə alınmır və o, adi
ticarətdən fərqləndirilmədən eyni qaydada vergiyə cəlb
olunur.
ABŞ-da isə e-ticarət əməliyyatlarını həyata keçirən sa-
hibkarlar “İnternetin vergidən azad edilməsi haqqında” (In-
ternet Tax Freedom Act) qanuna əsasən federal səviyyədə
vergi və ƏDV tətbiq edilmədən fəaliyyət göstərirlər.
Azərbaycanda elektron ticarət əməliyyatlarının vergiyə
cəlb olunması bir sıra məsələlərin təyinindən asılıdır:
• e-ticarət əməliyyatlarını təqdim edən hüquqi və fiziki
şəxslərin yerlərinin müəyyən olunmasındakı çətinliklər;
• dünya dövlətlərinin e-ticarət, vergi, informasiya texno-
logiyaları sahəsindəki qanunvericiliyinin fərqli olması;
• kiberqaydaların pozulmasına görə qanunvericiliklərin
müxtəlif olması;
• e-ticarət xidmətləri təqdim edən müəssisələrin elek-
tron sistemlərinin fərqli ölkələrdə yerləşməsi və s.
göstərmək olar.
Qeyd edək ki, e-ticarətin inki-
şaf etdiyi bir dövrdə ənənəvi göm-
rük mexanizmlərinin tətbiq olunması
milli və beynəlxalq səviyyədə xarici
ticarətin tənzimlənməsində bir sıra
problemlər yaradır. Bunlar əmtəənin,
xidmətin mənşə ölkəsinin təyin
edilməsindən, gömrük hesablaşmala-
rının məbləğindən, idxal məhsullarının
lisenziyalaşdırılması
prosedurunun
və digər nəzarət mexanizmlərinin
tətbiqindən asılı olaraq bir sıra
məsələləri əhatə edir.
Virtual aləmdə biznesin inkişaf etdiyi bir dövrdə
Azərbaycan sahibkarının həm ölkə daxilində, həm də
xaricdə öz məhsullarını istehlakçılara təqdim etmək,
rəqabətqabiliyyətliyinin yüksəldilməsi, resurslara qənaət
olunması, bazarın əhatə dairəsinin genişləndirilməsi baxı-
mından elektron ticarətin inkişaf etdirilməsində hökumət
tərəfindən bir sıra islahatların aparılması mühüm
məsələlərdən biridir. Çünki elektron ticarətin inkişafı sa-
hibkarlığın tərəqqisinə dəstək göstərməklə yanaşı, sonda
ölkəmizin iqtisadiyyatının davamlı yüksəlişinə öz töhfəsini
verəcəkdir.
V
irtual aləmdə biznesin inkişaf etdiyi bir dövrdə
Azərbaycan sahibkarının həm ölkə daxilində, həm
də xaricdə öz məhsullarını istehlakçılara təqdim etmək,
rəqabətqabiliyyətliyinin yüksəldilməsi, resurslara qənaət olun-
ması, bazarın əhatə dairəsinin genişləndirilməsi baxımından
elektron ticarətin inkişaf etdirilməsində hökumət tərəfindən
bir sıra islahatların aparılması mühüm məsələlərdən biridir.
Çünki elektron ticarətin inkişafı sahibkarlığın tərəqqisinə
dəstək göstərməklə yanaşı, sonda ölkəmizin iqtisadiyyatının
davamlı yüksəlişinə öz töhfəsini verəcəkdir.