242) Hər ikisi neyroleptik qrupuna daxil olan dərman maddələri hansıdır?
A) Flukanazol, Xlorpromazin (Aminazin)
B) Klozapin, Epinefrin (Adrenalin)
C) Perfenazin (Etaperazin), Xlorpromazin (Aminazin)
D) Perfenazin (Etaperazin), Atropin
E) Furosemid, Karbidin
Bunlar antipsixotik və sakitləşdirici təsirə malik olan derman maddələridir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 183
243) Bu qrup preparatlardan hansı psixozlarda istifadə olunur?
A) Sedativ maddələr
B) Antidepressantlar
C) Trankvilizatorlar
D) Neyroleptiklər
E) Litium duzları
Trankvilizatorlar nevrozların, yuxu pozğunluğu və narahatlıqla müşayət olunan əsəb pozğunluqlarının, kiçik qıcolma tutmalarının müalicəsi üçün istifadə olunur. Trankvilizatorlar antipsixotik təsirə malik olmamaları ilə (sayıqlama, qarabasmaları aradan qaldırmırlar) neyroleptiklərdən fərqlənirlər.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 188
Dostları ilə paylaş: |