417) Fol turşusu və vitamin B12 çatışmadıqda orqanizmdə nə baş verir?
A) Hemolitik anemiya
B) Leykositoz
C) Leykopeniya
D) Hipoxrom anemiya
E) Hiperxrom anemiya
Fol turşusu və B12 vitaminləri birlikdə eritropoezi stimullaşdırır, amin və nuklein turşularının sintezində iştirak edir. Hiperxrom anemiyalarda istifadə edilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 397
418) A vitamininin avitaminozu zamanı əmələ gələn xəstəliyi göstərin?
A) Hemeralopiya
B) Qlossit
C) Xeyloz
D) Pellaqra
E) Sinqa
Vitamin A avitaminozu zamanı “Toyuq korluğu” hemeralpiya əmələ gəlir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 399
Dostları ilə paylaş: |