414) Bitki mənşəli polivitamin preparatı hansıdır?
A) Essensiale
B) Sirepar
C) Balıq yağı
D) İtburnu yağı
E) Vitohepat
Bitki mənşəli polivitamin itburnu yağı, çaytikanı yağı və s. Yanıqların, mədə və 12 barmaq bağırsaq xoralarında istifadə edilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 403
415) Sintetik polivitamin preparatı hansıdır?
A) Balıq yağı
B) Askorutin
C) İtburnu yağı
D) Sirepar
E) Vitohepat
Sintetik polivitaminlərə askorutin (vit C+P), aevit (A+E), milqamma (B1+B6), rentovit, undevit və s. aiddir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 403
416) Askorbin turşusunun kombinəedilmiş preparatı hansıdır?
A) Tiamin-bromid
B) Erqokalsiferol
C) Qlutamevit
D) Askorutin
E) Tokoferol-asetat
Rutinin askorbin turşusu ilə kombinəedilmiş preparatı askorutin adlanır. Qanın laxtalanma qabiliyyətini gücləndirir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 397
Dostları ilə paylaş: |