472) Seftriaksonun başqa sefalosporinlərdən fərqi nədir?
A) Suda yaxşı həll olur
B) Təsiri qısamüddətlidir
C) Orqanizmdən gec xaric olur
D) Orqanizmdən tez xaric olur
E) Təsiri uzunmüddətlidir
Digər selalosporinlərə nisbətən seftriaksion orqanizimdən gec xaric olur.Bu onu orqanizmə gündə bir dəfə(ağır hallarda 2 dəfə) yeritməyə imkan verir.Venaya və ya əzələ daxilinə yeridilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 471
473) Sefotaksin (Klaforan) hansı nəslin nümayəndəsidir?
A) III nəslin
B) V nəslin
C) II nəslin
D) IV nəslin
E) I nəslin
III nəsil sefallosporinlərin təsir spektiri 1-ci və 2-ci nəsil sefalosporinlərlə müqayisədə dahada genişdir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 471
474) Karbapenemlər hansı maddənin törəməsidir?
A) 6-amino penisillin turşusunun
B) Penisillinin
C) β-laktam törəməsidir
D) Tienamisinin
E) Sulfanil turşusunun
Karbopenemler tienamisin törəmələri olub geniş təsir spektrinə malik antibiotiklərdir.Təsir mexanizmləri penisillində və sefalosporinlərdə oldugu kimidir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 473
Dostları ilə paylaş: |