462) Antibiotiklər hansı terapevtik qrupa aiddir?
A) Dezinfeksiyaedici
B) Kimyəvi-terapevtik
C) Antiseptik
D) Antiparazitar
E) Antioksidant
İnfeksion və parazitar xəstəliklərin müalicəsi və profilaktikası üçün istifadə olunan antimikrob və antiparazitar maddələr kimyəvi-terapevtik dərman maddələri adlanır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 450
463) Benzilpensillin nə vaxt kəşf olunub?
A) 1850-ci ildə
B) 1906-cı ildə
C) 1945-ci ildə
D) 1941-ci ildə
E) 1900-cı ildə
İlk antibiotikin - penisillinin alınması ilə (1941-ci il) təbabətdə yeni dövr antibiotiklər dövrü başlanmışdır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 453
Dostları ilə paylaş: |