492) Tibbi təcrübədə hansı polimiksindən istifadə olunur?
A) Polimiksin D
B) Polimiksin A
C) Polimiksin C
D) Polimiksin E
E) Polimiksin M
Polimiksinlər növ müxtəlifliyinə malikdirlər və bu müxtəliflik hərflərlə işarə edilir.Tibbi təcrübədə polimiksin M-sulfatdan istifadə edilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 486
493) Metasiklinin təsir müddəti nə qədərdir?
A) 5 saat
B) 10 saat
C) 3 saat
D) 12 saat
E) 6 saat
Metasiklin 12 saat təsir müddətinə malikdir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 478
494) Bu antibiotiklərdən hansı aminoqlikozidlər qrupuna aiddir?
A) Metasiklin
B) Ampisillin
C) Tetrasiklin
D) Benzilpenisillin
E) Kanamisin
Aminoqlikozidlər qrupuna streptomisin,kanamisin,amikasin,neomisin,gentamisin və s.aiddir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 479
Dostları ilə paylaş: |