509) Bu preparatlardan hansı mədə-bağırsaq sistemindən pis sorulur?
A) Sulfadimetoksin
B) Sulfadimidin(Sulfadimezin)
C) Ftalilsulfatiazol (Ftalazol)
D) Sulfetidol (Etazol)
E) Kotrimoksazol(Biseptol)
Mədə-bağırsaq sistemindən pis sorulan preparatlar daxilə qəbul edildikdən sonra onların terapevtik konsentrasiyası yalnız bağırsaqda yaranır.Ona görədə onlardan mədə-bağırsaq sistemi infeksion xəstəliklərinin müalicəsi üçün istifadə olunur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 491
510) Malyariya əleyhinə preparatlar hansılardır?
A) Meqlumin, Tinidazol
B) Xloroxin(Delagil),Pirimetamin (Tindurin)
C) Metrogil, Metronidazol(Trixopol)
D) Qlukantim, Amfoterisin B
E) Emetin-hidroxlorid
Malyariyanın bütün növlərində işlənir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 528-529
511) Herpes əleyhinə istifadə olunan preparat hansıdır?
A) Arbidol
B) Midantan
C) Rifampisin
D) Oksolin
E) Asiklovir
Asiklovir əsasən herpes viruslarını antivirus təsir göstərir.Onun təsir mexanizmə virus fermentləri ilə qarşılıqlı əlaqəyə əsaslanır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 515
Dostları ilə paylaş: |