501) Bunlardan hansı vərəmin müalicəsində əsas preparat kimi istifadə olunur?
A) Eritromisin
B) Propionamid
C) Izoniazid
D) Kanamisin
E) Etionamid
Vərəmin müalicəsində əsas yəni həyati mühüm preparatlara –izoniazid,rifampisin,streptomisin,etambutol,pirazinamid və s.aiddir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 505
502) Sulfanilamid preparatları ilə müalicə olunan xəstələrə hansı preparatdan istifadə etmək olmaz?
A) Bupivakain
B) Prokain
C) Dikain
D) Trimekain
E) Lidokain
Sulfanilamid preparatlarının antimikrob təsir göstərməsi üçün mikroblar olan mühitdə onların konsentrasiyası para-aminobenzoy turşusunun konsentrasiyasından yüksək olmalıdır.PABT-ın,yaxud fol turşusunun konsentrasiyası çox olan mühitdə sulfanilamid preparatlarının təsir gücü xeyli zəifləyir.Bu baxımdan molekulunda para-aminobenzoy turşusunun qalığı olan dərman maddələrini(Prokain,Benzokain)sulfanilamid preparatları ilə birlikdə təyin etmək olmaz.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 490
Dostları ilə paylaş: |