595) Hansı bitki tonuslandırıcı dərman bitki xammalıdır?
A) Dəlibəng
B) Üçbarmaq otu
C) Jenşen kökü
D) Pişikotu kökü
E) Xoruzgülü otu
Jenşenin tinkturası, tozu və ya üzəri örtüklü həbi stimullaşdırıcı və tonizəedici təsirli vasitə kimi mərkəzi sinir sistemi xəstəliklərinin profilaktikası və müalicəsində, orqanizmin stres hallarına qarşı müqavimətini yüksəltmək üçün istifadə olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.320.
596) Sedativ təsirə malik dərman bitkisi hansıdır?
A) İnciçəyi otu
B) Xanımotu
C) Şirquyruğu otu
D) Jenşen kökü
E) Üçbarmaq out
Şirquyruğu otu sinir sisteminə sedativ təsir göstərir , digər bitkilərin isə sedativ təsiri yoxdur. Şirquyruğu otunun tinkturası və dəmləməsi ürək nevrozunda, stenokardiyada, kardiosklerozda istifadə olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 575.
Dostları ilə paylaş: |