646) Mancur aralıyasının kökünün preparatlarından nə üçün istifadə edilir?
A) Yuxugətirici kimi
B) Sidikqovucu kimi
C) Qankəsici kimi
D) Tonuslandırıcı kimi
E) Ödqovucu kimi
Mancur araliyasının kökündən tonizəedici preparat “Saparal” istehsal olunur. Bitkinin xammalından tinktura alınır ki, bu da hipotoniya, asteniya və depressiv hallarda istifadə olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.321-324.
647) Hansı bitki jenşen kökünü əvəz edə bilər?
A) Zəyərək toxumu
B) Eleuterokokkun kökümsovu
C) Bəlğəmotu kökü
D) İyir kökümsovu
E) Zəncirotu kökü
Eleuterokokkun kökümsovundan hazırlanan duru ekstrakt kliniki təcrübələrdən keçirilərək jenşen preparatları xassəli olması müəyyən edilmişdir. Digər bitkilərdə bu xassə yoxdur. Xammaldan alınan maye ekstrakt insanın zehni fəaliyyətini stimullaşdırır, görmə qabiliyyətini gücləndirir və eşitməni yaxşılaşdırır. Xəstələrin ümumi vəziyyətini yaxşılaşdırır, xolesterinin miqdarını azaldır.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.512-514.
648) Tibdə dərman xammalı kimi ayıqulağı bitkisinin hansı hissəsindən istifadə edilir?
A) Toxumundan
B) Çiçəyindən
C) Yarpağından
D) Kökündən
E) Gövdəsindən
Əsas bioloji fəal maddələr ayıqulağı bitkisinin yarpaqlarında toplanmışdır.
Ayıqulağı yarpaqlarının tərkibində 6%-ə qədər arbutin qlikozidi, metilarbutin, hidroxinon, qall və ellaq turşuları, hiperozid, kversetin flavonoidləri vardır. Yarpaqlarında 35%-ə qədər aşı maddələri aşkar edilmişdir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 465.
649) Ayıqulağı yarpaqlarından hazırlanmış preparatlar hansı xəstəliklərdə istifadə edilir?
A) Sidik yollarının xəstəliklərində
B) Sinir sisteminin xəstəliklərində
C) Qaraciyər xəstəliklərində
D) Yuxarı tənəffüs yollarının xəstəliklərində
E) Qan-damar sisteminin xəstəliklərində
Ayıqulağı yarpaqları bişirmə, dəmləmə və ekstrakt formasında dezinfeksiyaedici, sidikqovucu vasitə kimi sistitdə, piyelitdə, uretritdə və böyrəkdəki digər iltihabi proseslərdə tətbiq olunur. Yarpaqları sidikqovucu çayların tərkibinə daxildir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.465.
Dostları ilə paylaş: |