761) Natrium duzları alovun rəngsiz təbəqəsini hansı rəngə boyayır?
A) Bənövşəyi
B) Kərpici –qırmızı
C) Yaşıl
D) Sarı
E) Al-qırmızı
Natrium duzları alovun rəngsiz təbəqəsini sarı rəngə boyayır.
Ədəbiyyat: H. Əliyev “Əczaçılıq kimyası” 1-ci hissə, Bakı, “Maarif”, 1979 səh 17
762) Kalium duzları hansı turşu ilə ağ kristallik çöküntü verir?
A) Qarışqa turşusu
B) Sitrat turşusu
C) Çaxır turşusu
D) Sulfat turşusu
E) Xlorid turşusu
Kalium duzları çaxır turşusu ilə ağ kristallik çöküntü əmələ gətirir.
Ədəbiyyat: H. Əliyev “Əczaçılıq kimyası” 1-ci hissə, Bakı, “Maarif”, 1979 səh 17
763) Kalsium duzu məhlulu üzərinə ammonim-oksalat məhlulu əlavə etdikdə hansı rəngdə çöküntü əmələ gətirir?
A) Qara
B) Ağ
C) Qırmızı
D) Göy
E) Sarı
Kalium duzu məhlulu üzərinə ammonium – oksalat məhlulu əlavə etdikdə ağ rəngdə çöküntü əmələ gətirir.
Ədəbiyyat: H. Əliyev “Əczaçılıq kimyası” 1-ci hissə, Bakı, “Maarif”, 1979 səh 18
Dostları ilə paylaş: |