756) Bataqlıq ladan kolunun zoğları hansı xəstəlikdə istifadə olunur?
A) Nevroz
B) Qastrit
C) Hipertoniya
D) Padaqra
E) Bronxit
Bitkinin xırdalanmış zoğları dəmləmə şəklində istifadə olunur. Xammaldan alınmış “Ledin” preparatı və dəmləmə öskürəkkəsici və bəlğəmgətirici vasitə kimi bronxitdə, ağciyər xəstəliklərində və göyöskürəkdə tətbiq edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 232-234.
757) Bu bitkilərdən hansı uşaqlardakı diatezlərin müalicəsində istifadə edilir.?
A) Yemişan çiçəkləri
B) Biyan kokü
C) Qaragilə meyvəsi
D) Üçbölümlü üçbarmaq otu
E) Sarı buynuzlalə otu
Üçbarmaq otunun dəmləməsi iltihab və allergiya əleyhinə vasitə kimi uşaq praktikasında müalicəvi vannalar şəklində müxtəlif diatezlərin müalicəsində tətbiq olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 585-587.
Dostları ilə paylaş: |