777) Asetilsalisil turşusunun miqdari analiz üsulu hansıdır?
A) Neytrallaşma
B) Merkurimetriya
C) Argentometriya
D) Kompleksonometriya
E) Susuz mühitdə titirləmə
Asetilsalisil turşusunun miqdari analizi neytrallaşma üsulu ilə aparılır.
Ədəbiyyat: H. Əliyev “Əczaçılıq kimyası” 1-ci hissə, Bakı, “Maarif”, 1979 səh 181
778) Fosfatların üzərinə AgNO3 məhlulu əlavə etdikdə hansı rəngdə çöküntü əmələ gəlir ?
A) Qara
B) Mavi
C) Ağ
D) Yaşıl
E) Sarı
Fosfatların üzərinə AGNO3 məhlulu əlavə etdikdə sarı rəngdə çöküntü əmələ gəlir.
Ədəbiyyat: H. Əliyev “Əczaçılıq kimyası” 1-ci hissə, Bakı, “Maarif”, 1979 səh 23
779) Salisil turşusunu natrium sitratla qızdırdıqda hansı iy hiss olunur?
A) Kükürd
B) Ammonyak
C) Acı badam
D) Fenol
E) Vanilin
Salisil turşusunu qızdırdıqda fenol iyi hiss olunur.
Ədəbiyyat: H. Əliyev “Əczaçılıq kimyası” 1-ci hissə, Bakı, “Maarif”, 1979 səh 174
Dostları ilə paylaş: |