69) Aptek anbarına daxil olan tələbnamələr onun hansı şöbəsində qeydiyyatdan keçirilməlidir?
A) Ekspedisiya
B) Qəbul
C) Mühasibat
D) Təchizat
E) Ehtiyat
Aptek anbarına daxil olan bütün sifariş-tələbnamələr təchizat şöbəsində qeydiyyatdan keçirilir. Tələbnamələrdə dərman vasitələrinin tam göstərişləri yazılmayıbsa, təchizat şöbəsi vacib rekvizitləri doldurmur. Tələbnamə əsasında yazılan “mal nəqliyyat qaiməsi” ekspedisiya şöbəsinə göndərilir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 82
70) Sulfanilamid preparatları aptek anbarına yarım il ərzində 3 dəfə qəbul olunmuşdursa, onun daxilolma intervalı nə qədərdir?
A) 66 gün
B) 30 gün
C) 180 gün
D) 20 gün
E) 60 gün
Sulfanilamid preparatları aptek anbarına yarımillikdə 3 dəfə daxil olarsa, onun daxilolma intervalı 60 gün olacaqdır, yəni 180:3=60 gün
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 80
71) Aptek anbarına daxil olan bu dərmanlardan hansının keyfiyyət nəzarətindən keçirilməsi vacib sayılmır?
A) Göz təcrübəsində işlənən dərmanlar
B) 2 il müddətidə işlənən dərmanlar
C) İnyeksiya dərmanları
D) Rentgen üçün BaSO4
E) Azot oksidi və oksigen
Qüvvədə olan təlimata əsasən aşağıda göstərilən dərmanlar bütün seriyalar üzrə keyfiyyət nəzarətindən keçirilməlidir: inyeksiya dərmanları və göz təcrübəsində işlədilən dərmanlar, rentgen üçün barium sulfat, zəhərli və narkotik dərmanlar və tibbi təcrübədə yeni tətbiq olunan dərmanlar.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 78
72) Xəstəxana apteklərində inyeksiya dərman formalarının seriya ilə hazırlanması üçün orta həcm nə qədər olmalıdır?
A) 40 l-dən çox
B) 30 l-dən çox
C) 15 l-dən çox
D) 20 l-dən çox
E) 10 l-dən çox
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 58 saylı əmrinə əsasən xəstəxana apteklərində həcmi 40 l-dən çox olan inyeksiya dərman formalarının seriya ilə hazırlanması, qablaşdırılması və nəzarətdən keçirilməsi üçün iş zonası ayrılmalıdır.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 70
73) Xəstəxana aptekləri haqqında irəli sürülən əsas tələblər Nazirlər Kabinetinin hansı qərarı ilə təsdiqlənmişdir?
A) 1 may 1996 –cı il 96 saylı qərarı ilə
B) 2 may 1998 –ci il 98 saylı qərarı ilə
C) 5 may 1996 –cı il 98 saylı qərarı ilə
D) 1 may 1998-ci il 98 saylı qərarı ilə
E) 2 may 1996 cı-il 98 saylı qərarı ilə
Xəstəxana aptekləri haqqında irəli sürülən əsas tələblər Azərbaycan Respublikasında əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılması qaydaları haqqında əsasnamədə- Nazirlər Kabinetinin 1 may 1998-ci il 98 saylı qərarında təsdiqlənmişdir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 67
74) Xəstəxana apteklərində dərman formalarının hazırlanması üçün təşkil edilən assistent otağının minimal sahəsi nə qədər olmalıdır?
A) 12 m2-dən az olmamalıdır
B) 24 m2-dən az olmamalıdır
C) 6 m2-dən az olmamalıdır
D) 18 m2-dən az olmamalıdır
E) 9 m2-dən az olmamalıdır
Xəstəxana apteklərində dərmanalrın hazırlanması üçün tələb olunan yüksək şərait yaradılmalıdır. Orada təşkil edilən assistent otağının minimal sahəsi 24m2-dən az olmamalıdır.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 70
Dostları ilə paylaş: |