836) Aptekdə hazırlanmış qatı ekstrakt məhlulunun saxlanma müddəti neçə gündür?
A) 5 gün
B) 15 gün
C) 10 gün
D) 12 gün
E) 8 gün
Aptekdə hazırlanan qatı ekstrakt məhlulunun saxlanma müddəti 10 gün təyin edilmişdir
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 78
837) Dozalanmış mürəkkəb poroşoklar necə təyin edilir?
A) Qarqara üçün
B) Xaricə
C) Daxilə
D) İslatma üçün
E) İmalə üçün
Dozalanmış mürəkkəb poroşoklar əsasən daxilə təyin edilir.
F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı, 2005 səh 35
838) Aptekdə zəhərli və narkotik dərman maddələrinin saxlanmasına cavabdeh şəxs kimdir?
A) Aptekin defektarı
B) Aptek müdirinin müavini
C) Aptekin reseptarı
D) Əmrlə təyin edilən şəxs
E) Aptekin nəzarətçisi
Aptekin daxili əmrinə əsasən cavabdeh şəxs təyin edilir.
Ə.İ.İsmayılov və T.Ə.Təhməzov, S.Ə.Tağıyev. “Dərman formalarının texnologiyası” Bakı,1988 səh 38
Dostları ilə paylaş: |