885) Tindalizə və pasterizə üsulları hansı növ sterilizə üsuluna aiddir?
A) Fiziki və kimyəvi üsul
B) Kimyəvi üsul
C) Mexaniki üsul
D) Fiziki üsul
E) Kimyəvi və mexaniki üsul
Termiki və ya fiziki sterilizə üsullarına əsasən tindalizə və pasterizə üsulları fiziki sterilizə üsuluna aiddir.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 294
886) Aptekdə apirogen suyun saxlanma müddəti neçə gündür ?
A) On gün
B) Bir gün
C) İki gün
D) Beş gün
E) On beş gün
DF tələbinə əsasən aptekdə apirogen suyun saxlanma müddəti bir gündür.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 211
Dostları ilə paylaş: |