881) İnyeksiya məhlulunu stabilləşdirmək üçün hansı maddələr istifadə olunmur?
A) 10%-li natrium- xlorid məhlulu
B) Turşu stablizatorlar
C) Qələvi stablizatorlar
D) Antioksidantlar
E) Qarışıq stablizatorlar
10%-li natrium xlorid məhlulu qüvvətli qələvi və qüvvətli turşunun duzu olduğu üçün stabilləşdirici kimi istifadə olunmur.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 222
882) Hansı xassəyə malik dərman maddələrinin məhlulları aptekdə aseptik üsulla hazırlanır?
A) Suda həll olan
B) Termostabil
C) Suda həll olmayan
D) Yağda həll olan
E) Termolabil
Yüksək temperatur təsirindən parçalanan dərman maddələrinin məhlulları aseptik şəraitdə hazırlanır.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 219
Dostları ilə paylaş: |