894) Göz məlhəminin əsası göstərilməzsə məlhəm əsası kimi nədən istifadə olunur?
A) Lanolin 5h, vazelin 20h
B) Susuz lanolin 10h, vazelin 90h
C) Susuz lanolin 1h, vazelin 5h
D) Lanolin 10h, vazelin 50h
E) Susuz lanolin 1h, vazelin 5h
X DF göstərişinə əsasən steril 10 h susuz lanolin və 90 h vazelindən qarışığından istifadə edilir.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 250
895) 5%-li qlükozanın 1 litr izotonik məhlulunu hazırlamaq üçün nə qədər qlükoza götürülməlidir?
A) 52,2
B) 50,0
C) 5,0
D) 100,0
E) 150,0
5%-1 l qlükozanın izotonik məhlulunu hazırlamaq üçün 52,2 qram qlükoza götürülür (qlükozanın kristallaşma suyu nəzərə alınır).
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 233
896) Qlükozanın 5, 10, 25, 40 %-li 100 ml məhlulunu stabilləşdirmək üçün neçə faiz Veybel məhlulu götürülür?
A) 10 faiz
B) 40 faiz
C) 5 faiz
D) 25 faiz
E) 35 faiz
Qlükoza məhlulunun qatılığından asılı olmayaraq 100 ml qlükoza məhluluna 5% Veybel stabilizatoru əlavə edilir.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 230
897) Antibiotiklərlə göz məlhəmini hazırladıqda vazelin və susuz lanolin hansı nisbətdə götürülür?
A) 10:40
B) 5:3
C) 6:4
D) 2:8
E) 4:8
Antibiotiklərlə göz məlhəmini hazırlamaq üçün 6 h vazelin və 4 h susuz lanolin qarışığından istifadə edilir.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 158
Dostları ilə paylaş: |