910) Tablet nədir?
A) Xırda dənəciklərdən ibarət dərman forması
B) Dozalanmamış bərk dərman forması
C) Kürə formada bərk dərman forması
D) Dozalanmış bərk dərman forması
E) Yumşaq qablaşdırılmış dərman forması
Tabletlər bərk və dozalanmış dərman formasıdır, presləmə üsulu ilə hazırlanır.
И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988 səh 336
911) Tabletlərin mənfi cəhətləri hansıdır?
A) Dozalandırılması daha dəqiqdir
B) Xoşa gəlməyən dad və qoxusunu gizlətmək üçün
C) Buraxılması və saxlanılması əlverişlidir
D) Saxladıqda parçalanmasını itirir (sementləşir)
E) Hazırlanması tam mexanikləşdirilib
Tabletlər presləmə üsulu ilə hazırlandığı üçün uzun müddət qaldıqda sementləşir.
X DF , Moskva 1968, səh 667
912) Reseptdə spirtin qatılığı göstərilməzsə əczaçı neçə faizli spirtdən istifadə etməlidir?
A) 90%
B) 40%
C) 70%
D) 95%
E) 60%
X DF göstərişinə əsasən reseptdə spirtin qatılığı göstərilmədikdə 90 %- li spirtdən istifadə edilir.
И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988 səh 112
Dostları ilə paylaş: |