913) XI Dövlət Farmakopeyası nə vaxt çap olunub?
A) 1960 -ci il
B) 1987-ci il
C) 1968 -ci il
D) 1975 -ci il
E) 1970 -ci il
XI DF -sı 1987 ci ildə çap olunub.
И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988 səh 36
914) Sulfanilamidlər xininlə malyariyanın müalicəsində istifadə edilir, lakin plazmodiumlara təsirini azaldır. Bu hansı uyuşmazlığa aiddir?
A) Kimyəvi
B) Fiziki
C) Farmakoloji
D) Fiziki-kimyəvi
E) Çətinlik törədir
İki və daha artıq dərman maddəsi eyni vaxt qəbul edildikdə onun təsiri azalarsa, belə uyuşmazlıq farmakoloji uyuşmazlıq adlanır.
И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988 səh 311
915) Hansı dərman formaları aptekdə hazırlanmır?
A) Tabletlər
B) Məlhəmlər
C) Poroşoklar
D) Dəmləmələr
E) Bişirmələr
Apteklərdə tablet maşınları olmadığı üçün tabletlər hazırlanmır.
И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988 səh 336
Dostları ilə paylaş: |