238) Hansı hallar trankvilizatorların istifadəsi üçün əks göstərişdir?
A) Ataraktanalgeziya
B) Qıcolmalar, əzələlərin spazmı
C) Nevrozlar
D) Epileptik status
E) Qaraciyərin funksional pozğunluğu
Qaraciyərin funksional pozğunluğu zamanı trankvilizatorların təyin olunması əks göstərişdir.
Ədəbiyyat: M.Qəniyev, E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”, “Nurlan”. Bakı, 2005 səh 188
239) Bunlardan hansı psixostimulyatorların təsir mexanizmlərinə aid deyil?
A) Hərəki aktivliyi artırır
B) Iştahanın artması
C) Təfəkkür proseslərini sürətləndirir
D) Yorğunluğu aradan qaldırır
E) Antidepressiv təsirə malikdir
Psixostimulyatorlar M.S.S.-ə stimullaşdırıcı təsir göstərərək yorğunluğu aradan qaldırır, gümrahlıq yaradır, orqanizmin yuxuya olan tələbatını azaldır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 194
Dostları ilə paylaş: |