860) Aptek şəraitində inyeksiya məhlulları hansı üsulla hazırlanır?
A) Həcm üsulu
B) Həcm-həcm üsulu
C) Kütlə-kütlə üsulu
D) Kütlə üsulu
E) Kütlə-həcm üsulu
İnyeksiya məhlullarının hazırlanma texnologiyasına görə bərk maddə çəkilir, həlledici isə ölçülür. Ona görə də bu üsul çəki-həcm üsulu adlanır.
F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı 2005 səh 242
861) 1 litr qeyri elektrolit inyeksiya məhluluna Vant-Hoff qanununa görə izotonik qatılıq (C) neçəyə bərabərdir?
A) C=0,74 mol/L
B) C=0,29 mol/L
C) C=0,5 mol/L
D) C=10,05 mol/L
E) C=0,26 mol/L
Qan plazmasının osmotik təzyiqini və insan orqanizminin mütləq temperaturunu nəzərə alaraq hesablamaqla C=0,29 mol/L alınır.
F.Ə.Təhməzov, K.Y.Əliyeva. “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələsi”. Bakı 2005 səh 243
862) Qlükozanın 100 ml izotonik inyeksiya məhlulunu hazırlamaq üçün neçə qram qlükoza lazımdır?
A) 4,8 qram qlükoza
B) 10,5 qram qlükoza
C) 5,2 qram qlükoza
D) 8,2 qram qlükoza
E) 1,5 qram qlükoza
Qlükozanın 100 ml izotonik məhlulu üçün x=0,29MV/1000 düstüründan istifadə edilir. M=180 qlükozanın mol çəkisi V= 100ml həcm, X=0,29x180x100/1000=5,2 qlükoza götürmək lazımdır.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 233
Dostları ilə paylaş: |