214) Sititon və Lobelin hansı mərkəzə təsir göstərir?
A) Görmə mərkəzinə
B) Qusma mərkəzinə
C) Aralıq beyinə
D) Tənəffüs və damar-hərəkət mərkəzinə
E) Eşitmə mərkəzinə
Bu preparatlar sinokarotid kələflərin N-xolinoreseptorlarının qıcıqlanması nəticəsində reflektor yolla uzunsov beyində yerləşən tənəffüs və damar-hərəkət mərkəzlərini oyadır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 96
215) Sitizin hansı tabletin tərkibinə daxildir?
A) “Teturam”
B) “Lobesil”
C) “Anbital”
D) “Tabeks”
E) “Aeron”
Nikotinizənlə mübarizə üçün sitizin alkaloidindən istifadə edilir. Bu məqsədlə sitizin “Tabeks” tabletin tərkibində istifadə olunur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 98
Dostları ilə paylaş: |